"Səbail"in təlim-məşq toplanışı ilə bağlı hazırlıq proqramı müəyyənləşib.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyunun 18-dən iyulun 2-dək Bolqarıstanın Bransko şəhərində hazırlıq keçəcək paytaxt təmsilçisi 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblər “Lokomotiv” (Plovdiv, Bolqarıstan), “Beroe” (Bolqarıstan), “Clinceni” (Rumıniya) və “Makedoniya” (Şimali Makedoniya) komandaları olacaq.
Oyunların təqvimi
21 iyun
“Səbail” – “Lokomotiv”
25 iyun
“Səbail” – “Beroe”
28 iyun
“Səbail” – “Clinceni”
1 iyul
“Səbail” – “Makedoniya”
Qeyd edək ki, oyunların başlama saatı ilə bağlı hələlik məlumat verilmir.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər