Bu gün “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun doğum günüdür.
Qol.az xəbər verir ki, uzun illər millimizin şərəfini qorumuş və kapitanı olmuş təcrübəli müdafiəçi 1982-ci ildə Bakıda dünyaya gəlib. Sadıqov 37 yaşını qeyd edir.
Karyerasının böyük hissəsi “Qarabağ”la bağlı olan futbolçu, ölkəmizdə “Turan”, “Neftçi”, Türkiyədə “Kayserispor”, “Kocaelispor” və “Əskişəhərspor”, İranda isə “Fulad”da çıxış edib.
2001-2017-ci illərdə millimizin şərəfini qoruyan Sadıqov yığmada ən çox oyun keçirən (111) futbolçudur.
Rəşad Sadıqovun karyerası ərzində vurduğu ən gözəl və Azərbaycan futbolu üçün vacib qollardan birini təqdim edirik. “Qarabağ”ın Avropadakı uğurlu çıxışları məhz bu qoldan, bu oyundan sonra başlayıb.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər