“Nətiəcədən çox məmnunam. Bu mükafat azarkeşlər üçün də önəmlidir, bizim üçün də. Bu qələbəyə layiq idik. Yanvar və fevralda problemlər yaşadıq, amma bundan yaxşı nəticə çıxardıq və Çempionlar Liqasına vəsiqə qazandıq. Avroliqa isə 15 oyun keçirdik və uduzmadan qalib olduq. Bu mənim üçün çox önəmlidir".
Qol.az xəbər verir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Maurisio Sarri Avropa Liqasının Bakıda keçirilən finalında "Çelsi"yə qalib gəldikləri (4:1) oyundan sonra mətbuat konfransında deyib.
- İlk hissə ilə ikinci arasında çox fərq oldu. Fasilədə nə baş verdi?
- Oyun bizim üçün çətin başlamışdı. Futbolçulardan xahiş etdim ki, daha cəsarətli olsunlar. Biz risk etməli idik və bunu bacardıq. İkinci hissədə çətin rəqibə qarşı çox yaxşı oynadıq. “Arsenal” əks-hücumda çox təhlükəlidir. Düşünürəm ki, azarkeşlər üçün də yaxşı oyun göstərdik.
- Hazardın gedəcəyini nə vaxt bildiniz?
- Hazard möhtəşəm oyunçudur. Amma 2-3 ay onunla vaxt keçirməlisiniz ki, insan kimi tanıyasınız. Bilirdim ki, Eden “Çelsi”dən getmək istəyir. Onun qərarına həmişə hörmətlə yanaşıram. Sabah klubun sahibi ilə danışacağıq. Müzakirə edib qərara gəlməliyik ki, görək mən klub üçün və ya klub mənim üçün nə edə bilər? Klubla müqaviləm var.
- Premyer Liqada qalmaq istəyirsinizmi?
- Siz gözəl bilirsiniz ki, Premyer Liqanın səviyyəsi çox yüksəkdir. Mən özümü xoşbəxt hiss edirəm ki, dünyanın ən yaxşı klublarından birində məşqçiyəm. Amma bilmək istəyirəm ki, görək klub mənim işimdən nə dərəcədə razıdır. Bu normal prosedurdur. Mən qalmaq istəyirəm, amma bu sadəcə mənim istəyimdir, bu isə hər şeyi həll etmir.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”