"Bilirdik ki, çətin olacaq. Çalışdıq, qalib gəlmək istəyirdik. Rəqibi təbrik edirik. “Çelsi” bizdən yaxşı oynadı. İkinci qolu buraxandan sonra məğlubiyyət qaçılmaz oldu".
Qol.az xəbər verir ki, bu sözləri "Arsenal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasının Bakıda "Çelsi" ilə keçirilən finalından (1:4) sonra mətbuat konfransında deyib.
- Finalda məğlub olmaq normaldır. Ancaq 1:4 hesabı ilə uduzmaq komandanın mental problemlərinin göstəricisidir.
- Bəli, amma rəqibin yaxşı futbolçuları var. Bilirdik ki, çətin olacaq. Azarkeşlərə demək istəyirəm ki, yolun başlanğıcındayıq. Hədəfimizə yaxın idik. Xüsusilə də Premyer Liqada. Bəzi hədəflərimizə çatsaq da, məyusuq. Ancaq müəyyən mənada irəli addım atdıq.
- Çempionlar Liqasına vəsiqə şansınızı itirdiniz. Bu, sizin transfer siyasətinizə mənfi təsir edə bilər?
- “Arsenal” böyük klubdur. Bir çox futbolçu burada oynamaq istəyir. Biz komanda kimi rəqabətə davamlı olmağa çalışırdıq. Hələlik hədəfimizə tam çata bilməmişik. Ancaq bu fikir bizdə qalır. Klub işləyir, inkişaf etməyə çalışır. Heyətimizdə kifayət qədər gənc oyunçu var. Bu final onların ilk təcrübəsi idi. Düşünürəm ki, onların gələcəyi daha yaxşı olacaq.
- Biz çox oyuçunun "Arsenal"la müqaviləsi başa çatır. Onların taleyi necə olacaq?
- Bu barədə danışmağın mənası yoxdur. Biz əvvəlcə futbolçularla söhbət etəməliyik. Ötən mövsüm komandaya gələn gənc oyunçularla yola davam etməliyik. İşimizlə fəxr edirəm. Hədəfimizə çatmaq üçün futbolçularımız əllərindən gələni etdilər. Məncə, komanda bu heyətlə daha yaxşı ola bilər.
- Növbəti addımı atmaq üçün “Arsenal”da nələr dəyişilməlidir?
- Bizim yaxşı futbolçularımız var. Onlar təcrübəlidirlər. Ona görə də ötən mövsümlə müqayisədə daha yaxşı çıxış etdilər. Bəlkə də yeni futbolçular da aldıq.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”