"Çelsi"nin futbolçusu David Luiz Avropa Liqasının finalında sabah "Arsenal"la Bakıda keçiriləcək görüş üçün təşkil edilən mətbuat konfransında iştirak edib.
Qol.az xəbər verir ki, braziliyalı müdafiəçi müxtəlif sualları cavablandırıb.
- “Çelsi”nin sabiq ulduzu Maykl Essyen hazırda Azərbaycanda çıxış edir. Bununla bağlı onunla danışmısız?
- Essyen "Çelsi"nin əfsanəsidir. Onunla ölkə və şəhər haqda danışmışıq. Burda olmaqdan həzz aldığını bildirdi.
- “Arsenal”ın baş məşqçisi dedi ki, “Çelsi” artıq ÇL-ə vəsiqə qazandığı üçün onlarda təzyiq bizdən daha azdır. Siz necə düşünürsünüz?
- Hər iki komandanın üzərində böyük təziyq var. Avroliqa özü böyük yarışdır. Hamı bu titulu qazanmaq istəyir.
- Uzun ildir "Çelsi"də oynayırsız. Əgər nəsə qazanmasanız, bu mövsümü uğursuz hesab etmək olar?
- Biz titul uğrunda mübarizə aparmasaq, onda pis olar. Əsas məsələ qələbə qazanmaq yox, onun uğrunda mübarizə aparmaqdır. İngiltərə Liqa Kubokunda titula çox yaxın idik, amma penaltilər seriyasında uduzduq. Sabah isə qələbəyə çalışacağıq.
- Baş məşqçiniz dedi ki, fevraldan sonra komandada müəyyən dəyişiklik oldu. Bu necə baş verdi?
- Həyatda nəyisə dəyişmək istəyirsənsə, bunu anlamaq lazımdır. Biz də bunu başa düşdük və sirrimiz budur. Komanda güclüdür və titula layiqdir. Amma dayanmadan işləməliyik və yeni hədəflərə getməliyik. Yalnız ağıllı insanlar dəyişə bilərlər.
- İki London komandası Bakıda mübarizə aparacaq. Qələbə qazansanız karyeranız üçün nə dərəcədə önəmli olacaq?
- Böyük oyun, yaxşı final olacaq. Biz burda tarix yazacağıq. Hamı qalib haqda danışacaq. İstəyirik ki, bunu “Çelsi” etsin.
- “Qarabağ”a qarşı bu stadionda oynamışdınız. Həmin matçı necə xatırlayırsınız?
- Möhtəşəm stadionda əla oyun olmuşdu. Hər şey yaxşı yadımdadır. "Qarabağ"la görüş bizə düşərli olmuşdu. Ümid edirəm indi də elə olar.
- Oyunun gecə olması sizin üçün çətin olmayacaq?
- Düşünürəm ki, gec olması bizim üçün adaptasiya baxımından daha yaxşıdır. Amma burda yaşayan azarkeşlər üçün matçın saat 11-də olması daha çətindir, nəinki bizim üçün.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”