"Özümü yaxşı hiss edirəm. Bizim üçün yaxşı fürsətdir. Hər dəfə ancaq irəliyə baxıram, niyyətim də yalnız gələcəyədir".
Bu sözləri "Arsenal"ın baş məşqçisi Unay Emeri sabah Bakıda Avropa Liqasının finalında "Çelsi" ilə qarşılaşacaqları oyun üçün təşkil edilən bugünkü mətbuat konfransında deyib.
- Deyə bilərsinizmi, Çex peşəkar karyerasının son oyununda meydanda olacaq, yoxsa ehtiyatda?
- Sabah böyük çıxışımız olacaq. Bizim üçün əsas hədəf titulu qazanmaqdır. İstəyirik ki, bu məqamdan həzz alaq, karyeramız üçün önəmli andır. Çex haqqında çox danışmaq olar, o, böyük oyunçudur. Bizimlə son dəfə meydana çıxacaq. Çalışırıq ki, onun üçün qələbə qazanaq.
- “Arsenal”ın bu vaxta qədər Avropada ciddi uğurları olmayıb. Siz bu titulu qazanmaqda özünüzü məsul hiss edirsinizmi?
- Hesab edirəm ki, indiyə qədər yaxşı gəlmişik. Bundan sonra bizim hədəfimiz çempion olmaq və Çempionlar Liqasına düşməkdi. Çalışacağıq ki, yüksək motivasiya ilə oynayaq. Yarış getdikcə daha da nüfuzlu hal alır. Keçən il də finalda güclü komandalar çıxış edirdi. Hər iki komandanın heyətində güclü oyunçular var.
- Arsen Venger Premyer Liqanı 3 dəfə qazanıb. Amma ÇL və ya AL-i heç vaxt qazanmayıb. Sizin isə belə şansınız var. Deyə bilərikmi, siz bir mövsümə Vengeri üstələmisiniz?
- Arsen Vengerin bu klubda etdikləri möhtəşəmdir. Bu kluba böyük töhfələr verib, “Arsenal”a yeni futbol mədəniyyəti gətirib. Mən istəyirəm ki, bunu saxlayım və təkmilləşdirim. Əsas hədəfim bütün yarışlarda rəqabətədavamlı komanda yaratmaqdır. Vengerdən çox şey öyrənmişəm. İstəyirəm bu komandaya kömək edim ki, nailiyyətlər qazansın, futbol dünyasında ən yaxşı mövqelərə nail olaq.
- Sabah qalib gəlsəniz, ümumilikdə 4-cü AL kubokunu qazanacaqsınız. Bunu dünyada heç kim bacarmayıb. Sizin üçün rekord nə qədər önəmlidir?
- Udmaq da olar, uduzmaq da. Çalışırıq ki, oyunçuları xüsusi hazırlaşdıraq və başa salaq ki, bu, xüsusi vəziyyətdir. Azarkeşləri də nəzərə alırıq. Çalışırıq onlara qürur bəxş edək. Əlbəttə ki, ÇL bizim hədəfimizdir. Mövsüm başlayanda komandada müəyyən çətinliklər var idi. Amma sabah bizim gözəl şansımız olacaq, həm titul qazanmaq, həm də ÇL-də oynamaq üçün.
- Çox güman ki, Çex bu finaldan sonra “Çelsi”yə gedəcək. Siz bu barədə nə düşünürsünüz?
- Buna hörmətlə yanaşıram. Çex möhtəşəm oyunçu və qapıçıdır. Biz ona inanırıq və karyerası da bunu göstərir. Qərar verməmişəm start heyətində olacaq, ya yox, amma ona böyük hörmətlə yanaşırıq.
- ÇL və AL arasında hansı fərqlər var? Dinamika sizin hazırlığınıza təsir edir?
- Mən AL-də 10 il ərzində böyük irəliləyişlər görürəm. Burdan ÇL-ə birbaşa vəsiqə çox önəmli haldı. "Böyük beşlik" ölkələrində ilk "4-lüy"ə düşmək çox çətindir, ona görə də AL bu baxımdan daha yaxşı yol kimi görünür. Bu isə yarışın nüfuzunu artırıb. “Sevilya”da işləyəndə də bunu müşahidə etmişəm. Finallarda “Atletiko”, “Marsel” kimi klublarla qarşılaşmışıq. Ona görə də “Arsenal” da, “Çelsi” də bu yarışda həvəslə oynayır.
- “Çelsi” artıq ÇL-yə vəsiqəni təmin edib. Sizin üçün isə son imkandır. Bu, sizə xüsusi üstünlük verirmi?
- Məncə, bu məqam bizə xüsusi üstünlük vermir. Çünki bütün komandalar ilk növbədə titul qaznmaq istəyirlər. Əsas məsələ tituldur.
- Bakıda on minlərlə azarkeşiniz olmayacaq. Bu, sizin üçün nə qədər məyusedicidir?
- Bu, əslində məyusedici deyil. Bir neçə il öncə mən Tbilisidə Superkubok oyununda olmuşam. Amma Bakıda oynanılması qərarı verilibsə, bunu qəbul etməliyik. Amma bütün dünyada hər iki komandanın azarkeşləri var, həmçinin Azərbaycanda. Hesab edirəm ki, bizim burda istənilən halda azarkeşlərimiz olacaq. İstərdim ki, daha çox yerli azarkeşlərimiz bizimlə olsun, amma belə də məyus olmuram.(matc.az)
Bu ilin ən çox qazanan futbolçuları kimlər oldu?
"Dünyanın ən yaxşı hücumçularından biridir"
"Arsenal" yenidən lider oldu
"Real" hələ də ideal əvəzləyicini tapa bilmir
Ronaldo dubl etdi, komandası qələbə seriyasını qorudu
"Neftçi" Ukrayna klubunun futbolçusu ilə maraqlanır
Zirkzeyə "Roma"dan təklif gəldi
"Neftçi"nin futbolçusu oynadı, yığması qələbə qazandı
"Mançester Siti" liderliyə yüksəldi
"Fiorentina" səfərdə məğlub oldu
"Marsel" hücum xəttini gücləndirmək üçün hərəkətə keçdi
"Mançester Siti" onu satışa çıxardı
"Milan"dan Menyana rəsmi təklif
"Napoli" "Real"ın bu futbolçusunu istəyir
Qvardiola mümkün transferlər haqda
Bir oyun belə keçirmədən yeni klubunda rekorda imza atdı
"Barselona"nın yeni müdafiəçi planı
Bellinqem üçün sərvət ödəməyə hazırdırlar
"Yuventus"da Kenan Yıldız sevinci
Millimizin üzvləri uşaq sığınacağını ziyarət etdilər
“Real” Zidanı qaytarırmı?
Federasiya prezidentinə qarşı korrupsiya ittihamı
İlin ən yaxşı məşqçilərinin reytinqi
"Mançester Yunayted"in qələbə qolu - Video
Mərakeş qələbəni əldən verdi
“Mançester Yunayted” “Nyukasl”ı məğlub etdi
Salahın qolu Misirə qələbə qazandırdı - Video
“Traktor” səfərdə xal itirdi
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir