Premyer Liqanın tarixinə düşdü - 100 qırmızı vərəqə ilə

Premyer Liqanın tarixinə düşdü -  100 qırmızı vərəqə ilə
DÜNYA FUTBOLU 4 Aprel 2019 / 22:55 2909
-  A +

"Vulverhempton" - "Mançester Yunayted" oyununun baş hakimi Mayk Din İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Qol.az “goal.com”a istinadən xəbər verir ki, 50 yaşlı referi 33-cü turda keçirilən görüşün ikinci hissəsində qonaqların futbolçusu Eşli Yanqı meydandan qovub.

Bu, Dinin karyerası ərzində Premyer Liqada göstərdiyi 100-cü qırmızı vərəqə olub. Bununla da Din İngiltərə çempionatı tarixində 100 qırmızı vərəqə həddinə çatan ilk referi olub.

Son xəbərlər