"Ağır oyun oldu. Həm rəqibə, həm də meydançaya qarşı oynadıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin müdafiəçisi Kiril Petrov Topaz Premyer Liqanın 22-ci turunda “Keşlə” üzərində qazandıqları səfər qələbəsindən (1:0) sonra jurnalistlərə açıqlamasında deyib.
Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan ukraynalı futbolçu “ASK Arena”nın süni örtüklü meydançası ilə yanaşı, hava şəraitinin də futbol oynamağa imkan vermədiyini söyləyib: “Hava şəraiti də münasib deyildi. Meydança ilə yanaşı, külək hər iki komandaya problem yaratdı. Belə havada yaradıcı futbol oynamaq mümkün deyil. Amma biz baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Şadıq ki, sonda 3 xal qazandıq”.
Çempionluq yolunda əsas rəqibləri olan “Qarabağ”ın aprelin 1-də “Sumqayıt”la səfərdə keçirəcəyi oyuna da toxunan Petrov “gənclik şəhəri” təmsilçisinin Ağdam klubunu büdrədəcəyinə ümid edir: “Bu, futboldur. Hər komanda bir-birindən xal ala bilər. Ümid edirik, “Sumqayıt” “Qarabağ”ı büdrədib, bizə kömək edəcək. Amma bu, sadəcə, idmandır. Qoy, kim güclüdürsə, o da qalib gəlsin. Hər bir komandaya uğurlar arzu edirəm”.
Təcrübəli futbolçu sonda çempionluq şanslarını da dəyərləndirib: “Bizim kimi onların da şansı var. Hazırda birinci pillədəyik. Son tura qədər ilk sırada qalmaq istəyirik. Çempion olmaq üçün mümkün olan hər şeyi edəcəyik. “Neftçi” çoxdandır çempionluğu qazana bilmir. Hamımız buna köklənmişik”.
Qeyd edək ki, “Neftçi” səfərdə “Keşlə”ni Emin Mahmudovun penaltidən vurduğu qolla məğlub edib.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı