"Qəbələ"də göstərdiyim oyuna görə xoşbəxtəm. Artıq komandada qələbə hissi oyandığı üçün çox sevinirəm".
Qol.az-ln məlumatına görə, bu sözləri "Qəbələ"nin yarımmüdafiəçisi Ceyms Adeniyi klubun rəsmi saytına açıqlamasında deyib. Topaz Premyer Liqasının II dövrəsinə uğurla başlayan “Qəbələ” son 3 oyunda 7 xal qazanıb. “Qırmızı-qaralar” bu matçlarda 7 qol vurub ki, bunlardan 6-sı Stiven Monroz – Ceyms Adeniyi cütlüyünün hesabındadır. Bu yay komandaya qoşulan sonuncu özünün və klubun çıxışını dəyərləndirib:
"İkinci dövrə yeni başlayıb. Mövsümün böyük hissəsi irəlidədir. Hələ qarşıda oyunlarımız var. İnanıram ki, birlikdə daha çox uğur qazanacağıq. Turnir cədvəlində daha yüksək pillələrə irəliləmək üçün imkanlarımız var”.
Uğurlu seriyanı davam etdirməyə çalışacaqlarını bildirən Adeniyi XI turun “Qarabağ”la ev oyunu barədə də iddialı danışıb: “Ev oyunlarımız yaxşı ab-havada keçir. Azarkeş dəstəyi bizi daha yaxşı oynamağa vadar edir. Biz də bu dəstəkdən ruhlanıb yaxşı oyun nümayiş etdiririk. Növbəti turda qarşılaşacağımız “Qarabağ” güclü rəqibdir. Əlimizdən gələni edəcəyik ki, bu matçda da qalib gələk. İnanıram ki, qələbə qazanmaq üçün hər bir futbolçu bütün bacarığını ortaya qoyacaq. Hər birimiz komandaya daha çox fayda verməyə çalışacağıq”.
Qeyd edək ki, noyabrın 11-də keçiriləcək "Qəbələ" - "Qarabağ" oyunu saat 17:30-da başlayacaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”