"Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Vorskla" ilə səfər oyunu öncəsi Ukraynada məşqə çıxıb.
Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Aleksey Butovski adına stadionda təşkil olunmuş hazırlıq prosesini Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Poltava şəhərindəki fəxri konsulumuz Elşən Vəliyev də izləyib.
"Qarabağ” rəhbərliyi onlara arxalarında adları yazılmış forma hədiyyə edib.
Azər Xudiyev sabah baş tutacaq "Vorskla" - "Qarabağ" matçından əvvəl fikirlərini də bölüşüb. Səfir sabahkı oyundan yaxşı nəticə gözlədiklərini bildirib: "Böyük ümidlərlə bura gəlmişik. Ümid edirik ki, "Qarabağ" sabahkı oyunda qələbə qazanacaq. Artıq bizim səfirlikdən diaspora təşkilatları üzərindən sosial şəbəkələr vasitəsilə burada yaşayan soydaşlarımızı oyunda "Qarabağ"ı dəstəkləyəməyə, bizə dəstək olmağa çağırmışıq. Ümid edirik ki, onlar bizim yanımızda olacaqlar. Çünki Qarabağ bizim ən həssas yerimizdir. Hər bir Azərbaycan vətəndaşının və soydaşlarımızın mənəvi borcudur ki, sabah gəlib bizim komandanı dəstəkləsinlər”.
Xudiyev sabah stadionda 300 nəfərdən artıq azarkeş olacağına ümid etdiyini söyləyib: "Təxminən 250-300 nəfər azarkeş gözləyirik, ola bilər daha artıq olsun. Hətta biz uzaq olan regionlara da nəqliyyat vasitəsi ayırmışıq ki, insanlar rahat şəkildə gəlib oyunu izləyə bilsinlər. Ümid edirik ki, oyun gec saatda olsa da azarkeşlər "Qarabağ"ı dəstəkləməyə gələcəklər".
Elşən Vəliyev də matç barədə fikirlərini açıqlayıb: "Biz əlimizdən gələni edirik ki, daha çox azarkeşimiz oyuna gəlsin. Poltovada olan soydaşlarımıza xəbər vermişik ki, sabah işləri olsa belə oyunda iştirak etsinlər və "Qarabağ"ı dəstəkləsinlər".
Konsul oyuna marağın yüksək səviyyədə oldğunu bildirib:"Maraqlananlar və müraciət edənlər çox olur. Oyunun yeri və vaxtı ilı bağlı məlumat alırlar. Oyuna maraq da yaxşı səviyyədədir. Sabah ümid edirik ki, azarkeşlər komandanın yanında olacaqlar".
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi
Yamal rekorda imza atdı
Yarımfinalın ilk cütü müəyyənləşdi - DÇ-2026