Topaz Premyer Liqasının X turunun iki gün öncə keçirilən “Sabah”la oyunu (2:1) “Qəbələ”də əlamətdar hadisə ilə yadda qaib.
Qol.az-ın xəbərinə görə, Qəbələ şəhər stadionundakı görüşə kapitan sarğısı ilə çıxan Ürfan Abbasov “qırmızı-qara” formada 200-cü oyununu keçirib. Bu göstəricidə rekordçu olan müdafiəçi yubileyi barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb:
“Qəbələ” mənim doğma klubumdur. Burada 200-cü oyunumu keçirməyim sevindiricidir. Belə qarşılaşmada qələbə qazanmağımız da yubileyə əlavə sevinc qatdı. Bu müddətdə xeyli yaddaqalan oyunlarımız olub. UEFA Avropa Liqasında keçirdiyim matçlar hafizəmdə xüsusi yer tutur. Daxili yarışlarda da belə qarşılaşmalar az olmayıb. 2012-ci ildə “Xəzər Lənkəran”la oyundakı debütüm də mənim üçün unudulmazdır. İkinci hissənin ortalarında meydana daxil olmuşdum. Bundan sonra da komandamın uğurları üçün çalışacağam. “Qəbələ”nin heyətində ən azı daha 200 oyun keçirmək arzusundayam”.
“Qırmızı-qaralar”ın vitse-kapitanı komandanın mövsümdəki çıxışına da toxunub: “Mövsümə qələbə ilə başladıq. Lakin sonradan uğursuzluq zolağına düşdük. Bizə bir qələbə lazım idi ki, buna son qoyaq. Artıq həmin dövrü arxada qoymuşuq. Qələbələr qazanmışıq. İnanıram ki, bunun ardı da gələcək. Ön sıralarda qərarlaşan komandalarla xal fərqimiz çox böyük deyil. Uğurlu çıxış edib, layiq olduğumuz mövqeyə yüksələcəyik”.
Növbəti turda “Qəbələ” son 5 mövsümün çempionu “Qarabağ”la qarşılaşacaq. Abbasov bu matçda da qələbəyə iddialı olduqlarını bildirib: “Qarabağ”la oyunlarımız həmişə maraqlı və çətin alınıb. Bu dəfəki görüş də istisna olmayacaq. Artıq matçın hazırlığına start vermişik. Bütün qarşılaşmalar kimi bu oyuna da ciddi hazırlaşırıq. Doğma divarlar arasında oynamağımız bizim üçün əlavə stimuldur. Meydana qələbə üçün çıxacağıq. Çalışacağıq ki, azarkeşlərimizi qələbə ilə sevindirək. Cari mövsüm öz meydanımızda məğlub olmamışıq. Bu seriyanın davamı üçün əlimizdən gələni edəcəyik”.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi
Yamal rekorda imza atdı
Yarımfinalın ilk cütü müəyyənləşdi - DÇ-2026