"Maraqlı oyun keçdi. Xüsusilə ikinci hissəni qeyd edərdim. Yorğun olan futbolçulara istirahət vermişdik. Oyuna zəif başladıq. İkinci hissədə yaxşı oynadıq. "Qəbələ"ni təbrik edirik. Ancaq heç-heçə ediləsi oyun idi".
Bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqanın 10-cu turunda səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
- Marko Deviçin yoxluğunda hücum xəttiniz "dişsiz" görünür. Bu gün Tural Qürbətova sonradan şans verdiniz, sonra da əvəzlədiniz...
- Bəli. Markonun olmaması ziyanımızadır. Turala şans verdik ki, hücumu sürətləndirək. Sonra Elşən Abdullayevin sürətinə güvənərək onu meydana buraxdıq.
- Komanda ilk hissəni niyə zəif keçirdi?
- Həmişə ikinci hissəni zəif oynayırdıq. Bu dəfə ilk hissəni. Vadim Abdullayevlə Tərzin Changirov özlərini yaxşı tərəfdən göstərmədilər.
- Hesab etmirsiniz ki, məğlubiyyətlərdə bəzi futbolçuların olmaması rol oynadı?
- Erik Ramos 90 dəqiqə oynayır, yorğunluq hiss olunur. Məqsəd İsayevdə bir az zədə vardı. Ona görə onu keçən turda əvəzləməli olmuşduq. İlk hissənin sonunda özümüzə gəldik. Belə heyətlə oynasaydıq. ən azı 2 qol buraxmazdıq.
- Deviç nə vaxt sıraya dönəcək?
- Hələ bilinmir, müalicəsi gedir. "Səbail"lə qarşıdakı oyunu buraxacağı dəqiqdir.(Sportnet.az)
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”