"Bu gün qol vurduğum üçün sevincliyəm. Həm mənim, həm də Delarjın qolu bizə qələbə qazandırdı. Qol vurmaq üçün məşqlərdə çox çalışıram. Bu qalibiyyətlə azarkeşlərimizə göstərmək istəyirik ki, qələbə istəyimiz tükənməyib, biz də qalib gəlmək istəyirik. Ümumi vəziyyəti düşünürük, nəzərə alırıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın futbolçusu Simeon Slavçev Topaz Premyer Liqasının 10-cu turunda Tofiq Bəhramov adına Respublika stadionunda “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, başqa bir kluba keçmək haqda düşünmədiyini deyib: "Hazırda bütün diqqətim öz komandamdadır. Əsas fikrim burada özümü həm məşqçi heyətinə, həm də azarkeşlərə yaxşı tərəfdən göstərməkdir. “Qarabağ”da oynamağa layiq olduğumu sübut etmək istəyirəm. Başqa bir kluba keçmək haqda düşünmürəm, komandama köklənmişəm”.
25 yaşlı yarımmüdafiəçi son olaraq, Avroliqanın qrup mərhələsinin 4-cü turunda səfərdə qarşılaşacaqları “Vorskla” ilə matç haqda da danışıb: "Aydın məsələdir ki, ağır oyun keçəcək. İstəklə mübarizə aparsaq, inanıram ki, səfərdə 3 xalı qazana bilərik”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”