“Azərbaycanla oyunun bizə köməyi olacaq”

“Azərbaycanla oyunun bizə köməyi olacaq”
ÖLKƏ FUTBOLU 2 Noyabr 2018 / 12:00 2420
-  A +

Son seçmə mərhələdə iştirak edən bəzi futbolçularımızın bizimlə qalması yaxşı haldır. Azərbaycanla oyunun əlimizdəki futbolçularla nə edə biləcəyimizi öyrənmək baxımından bizə kömək olacaq".

Qol.az-ın məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Bosniya və Herseqovina yığmasının baş məşqçisi Vinko Marinoviç deyib.

U-21 millimizlə keçiriləcək yoxlama oyunu ilə bağlı yerli federasiyanın rəsm saytına açıqlama verən çalışdırıcı bu görüşün vacib olduğunu vurğulayıb: "Futbolçular yığmaya layiq olduqlarını sübut etməlidirlər. Əlbəttə ki, bu hələ başlanğıcdır. Azərbaycanla oyunun siyahısında olmayan futbolçulara da mütləq gələcək matçlarda şans veriləcək”.

Qeyd edək ki, noyabrın 19-da Zenitsa şəhərində keçiriləcək Bosniya və Herseqovina – Azərbaycan matçı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Daha çox


Son xəbərlər