U-21 millimizin oyununun vaxtı və yeri açıqlandı

U-21 millimizin oyununun vaxtı və yeri açıqlandı
ÖLKƏ FUTBOLU 2 Noyabr 2018 / 11:45 1300
-  A +

21 yaşadək futbolçulardan ibarət millimizin Bosniya və Herseqovina ilə keçirəcəyi yoxlama oyununun vaxtı və yeri açıqlanıb.

Qol.az-ın məlumatına görə, bu barədə  Bosniya və Heseqovina Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb.

Görüş Bosniya və Herseqovina yığmasının Zenitsa şəhərindəki təlim-məşq mərkəzində olacaq. Noyabrın 19-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Xatırladaq ki, Rəşad Sadıqovun komandası noyabrın 15-də daha bir yoxlama matçı keçirəcək. Gənclərimiz saat 20:00-da, “Dalğa Arena”da Ukrayna ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər