"Keşlə"nin sabiq baş məşqçisi Yuri Maksimov Qol.az-a müsahibə verib. Sabiq komandasındakı məşqçi dəyişikliklərinə münasibət bildirən ukraynalı mütəxəssis "Qarabağ"ın "Vorskla" ilə oyunundan da danışıb.
- Azərbaycandan ayrıldıqdan sonra nə işlə məşğul olursunuz? Deyəsən, hələ də işsizsiniz...
- Hə, hələ ki, evdə dincəlirəm. Tez-tez dostlarımgilə gedirəm, onlarla gəzirəm.
- "Keşlə"dən sonra təklifləriniz olub?
- Bir neçə təklif almışdım, amma şərtlər məni razı salmadığı üçün qəbul etmədim.
- Azərbaycan futbolu ilə yenə maraqlanırsınız? Premyer Liqamızın, xüsusilə də sabiq komandanızın oyunlarına baxmaq imkanınız olur?
- Əlbəttə, demək olar ki, bütün oyunları izləyirəm. Futbol olan günlər həm televizor, həm də kompüterim açıq olur. Ümumiyyətlə, tək Azərbaycan yox, Rusiya və Ukrayna çempionatlarının da oyunlarına baxıram.
- "Keşlə" bu mövsüm heç də yaxşı çıxış etmir və hazırda autsayderlər qrupunda qərarlaşıb. Dediniz ki, oyunlarına baxırsınız. Sizcə, komandanın aşağı pillələrdə olmasının səbəbi nə ola bilər?
- Klubun öz rəhbərliyi, məşqçilər korpusu var. Qoy, onlar özləri bu barədə danışsınlar. Mənim nəsə deməyim üçün komandanın düşərgəsində olmağım lazımdır.
- Sizin gedişinizdən sonra komandaya baş məşqçi təyin olunan Mladen Milinkoviç də istefaya göndərildi. Onu bu vəzifədə Tərlan Əhmədov əvəzlədi. Yəqin ki, Tərlan Əhmədovu tanıyırsınız...
- Açığı, bu təyinatdan xəbərim yoxdur. Heç nə eşitməmişəm. Tərlanı isə "Neftçi"dən tanıyıram. Ancaq onunla tanışlığım yalnız futbol matçından ibarətdir. Çempionatda bir neçə dəfə üz-üzə gəlmişik. Yalnız onda əl verib görüşmüşük. Başqa yaxınlığımız olmayıb.
- Sizcə, Əhmədov autsayder komandanı vəziyyətdən çıxara bilər?
- Bunu mən deyə bilmərəm.
- Bu, son 4 ayda "Keşlə"də artıq 3-cü baş məşqçi dəyişikliyidir...
- Bilirsiniz, mənə görə, özünə hörmət edən məşqçi heç vaxt "Keşlə" kimi klubda işləməz. Ancaq, bu, mənim şəxsi fikrimdir. Hamıya aid deyil. Şəxsən mən o cür rəhbərliyi olan komandada bir daha çalışmaram. Ancaq onu da deyim ki, işlədiyim bütün komandalara uğurlar arzu edirəm. Onlar mənim həyatımın bir hissəsi olaraq qalacaqlar və hər zaman həmin klublara azarkeşlik edib, oyunlarını izləyəcəyəm. Vəziyyətdən asılı olmayaraq, işlədiyim bütün komandalarda hər zaman nikbin olmağa çalışmışam.
- Yenidən Azərbaycanda işləmək istərdinizmi?
- Əlbəttə, böyük məmnuniyyətlə. Ancaq bir şərtlə ki, həmin klubun konkret məqsədi və vəzifələri olsun. Orada yalnız işdən danışılsın. Azərbaycan çalışmaq mənim üçün çox maraqlı idi.
- Bir həftə öncə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində Bakıda "Vorskla" ilə qarşılaşdı və rəqibinə minimal hesabla uduzdu. Həmin görüşü izlədiniz?
- Bəli, baxdım. Açığı, mənim üçün də gözlənilməz nəticə oldu. Çünki "Qarabağ" güclü və avrokubok təcrübəsi olan komandadır. Ukrayna futbolu isə yeni-yeni özünə gəlməyə başlayır. "Qarabağ" Azərbaycanın 1 nömrəli komandasıdır. Son illərdə qazandığı uğurlar da bundan xəbər verir. Məni daha çox sevindirən isə bir klubun uzun illərdir baş məşqçisinə güvənməsidir. "Qarabağ"da 2-3 oyun uduzan kimi baş məşqçini istefaya göndərmirlər (gülür). Yenə deyirəm, komandanın uğur qazanması daha çox rəhbərlikdən asılıdır.
- Bu komandalar arasında növbəti görüş gələn həftə Poltavada olacaq. Həmin qarşılaşmadan nə gözləyirsiniz?
- Məncə, evdəki məğlubiyyətə baxmayaraq, "Qarabağ" səfərdə rəqibini uda bilər. Futbol elə oyundur ki, hər nəticəyə açıqdır. Düşünürəm ki, ikinci oyun daha baxımlı alınacaq. Çünki komandalar artıq bir-birilərini tanıyırlar.
Elnur SALAHOV
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
Stadionu 999 illiyə icarəyə götürdülər
Yankoviç və Koxalski milliyə çağırıldılar
“Rauf Cabarov sağ olsun, nəticə yaxşıdır“ - Video
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer
"Milan"Leaunu itirdi
Hidayət Heydərov mübarizəyə başlayır
Hakimi Afrika Kubokundan imtina etdi!
Bu fotoya görə millidən kənarlaşdırıldı
Renat Dadaşovun komandası lideri məğlub etdi
"Napoli" erkən qolla qalib gəldi - Video
“Azarkeşlərimizdən üzr istəyirəm” - Kaşkilya
"Neftçi"dən 6 qollu qələbə - Video
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı