Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, İK Topaz Premyer Liqanın 9-cu turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib. Topaz Premyer Liqasının IX turunun “Sumqayıt” – “Qəbələ” matçında "Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 90+2-ci dəqiqəsində “Qəbələ"nin futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə aldığına görə, 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun hakimi Orxan Məmmədovun ciddi nöqsanlarını, düzgün olmayan qərarlarını və protokolda ciddi səhvlərə yol verməsini nəzərə alaraq oyunun hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırması Hakimlər Departamentinə tapşırılır.
Topaz Premyer Liqasının IX turunun “Səbail” – “Keşlə” matçının 49-cu dəqiqəsində “Səbail”in futbolçusu Yevgeni Koçuk ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub
Topaz Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi"nin 5, “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub
Oyunun 58-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”