“Sumqayıt”ın üzvü Şəhriyar Əliyev Qol.az-a müsahibə verib. Doqquz turdan sonra 3 qolla komandasının ən sərrast futbolçusu olan müdafiəçi həm son turda “Qəbələ”nin qapısına vurduğu qollardan, həm də həmin matçdakı xoşagəlməz olaydan danışıb.
- Topaz Premyer Liqanın son turunun “Qəbələ” ilə oyununda 2 top fərqi ilə üstün olsanız da, qələbə hesabını qoruyub-saxlaya bilmədiniz. Qalib gəlmək üçün nə çatmadı?
- İlk hissədə çox yaxşı oynadıq. Bunun nəticəsi kimi də 2 qol vurduq. Sonradan bəlkə də arxayınlaşdıq ki, rahat olacaq. Ancaq futbol boşalmağı sevmir. Düşünürəm ki, buna görə hesabı qoruya bilmədik. Çünki ondan sonra da fərqlənmək üçün şanslarımız oldu, istifadə edə bilmədik. Rəqib isə bizdən fərqli, yaxaladığı imkanları qola çevirdi.
- Komandanın hər iki qolunu sən vurdun. Bununla bağlı nə deyə bilərsən?
- Müdafiəçi kimi mənə tapşırıblar ki, standart vəziyyətlər zamanı qabağa get. Məşqlərdə də bunun üzərində çalışırıq. Bizim ən real qol imkanlarımız standart vəziyyətlərdir. Şans düşdükcə, dəyərləndirməyə çalışıram.
- Hazırda 3 qolla çempionatın bombardiri Marko Deviçdən cəmi 2 top geri qalırsan və müdafiəçi olsan da, “Sumqayıt”ın ən sərrast futbolçususan. Komandaya hücumçu kimi alınan Atilla Yıldırım isə 9 tur ərzində bir qol belə vura bilməyib...
- Hücumçumuz çox əziyyət çəkir. Qol vura bilmir deyəndə ki, bəxti gətirmir. Bizim üçün qolu kimin vurmağı fərq etmir. Əsas odur ki, komanda qələbə qazansın. Amma yenə deyirəm, Atilla da əlindən gələni edir. Sadəcə, mənim əlimə şans düşüb, vurmuşam. Gərək, davamını gətirim.
- Məşqlərdə Atillaya necə qol vurmaq lazım olduğunu izah edib, göstərirsən?
- (Gülür) Yox, Atilla özü neçə komandada oynayıb, onun təcrübəsi bizə bəs edir. Şanssızlıq olur, inanıram ki, “Qarabağ”la oyunda qol vuracaq. Mənim işim müdafiədə etibarlı oynayıb, standart vəziyyətlər zamanı irəli getməkdir.
- Hələ “Bakı”da oynayanda fərqlənmək bacarığının olduğunu göstərmişdin. Hətta 2013-cü ildə “İnter”in (indiki “Keşlə”) qapısına vurduğun qol dünyada həftənin ən yaxşıları arasında yer almışdı...
- Səhv etmirəmsə, həmin oyunda 1:2 hesabı ilə uduzurduq. Oyun bu hesabla bitsəydi, mərhələni rəqib keçirdi. Standart vəziyyət zamanı qabağa getdim, şans düşdü, fərqləndim. Onda cavan idim, tamam başqa hislər keçirirdim.
- Bu cür qollar vurduqca, peşman olub özünə demirsən ki, kaş müdafiəçi yox, hücumçu olardım?
- (Gülür) Yox. Hücumçu olsaydım, bəlkə də heç qol vura bilməzdim. Müdafiədə oynayıb, elə standart vəziyyətlərdən fərqlənməyim yaxşıdır. İnanmıram ki, hücumçu olsaydım, belə qollar vurardım.
- “Qəbələ” ilə oyunun sonlarında meydanda ara qarışdı və rəqib komandanın müdafiəçisi Bəhlul Mustafazadəyə qırmızı vərəqə göstərildi. Sən də həmin epizodun içində idin. Orada nə baş verdi?
- Gərgin oyun gedirdi, hesab 2:0-dan 2:2 olmuşdu. Qvanzavla Stankoviç bir-birilərini itələdi. Futbolçularda psixoloji təzyiq, gərginlik var idi. Belə olanda nə etdiyini hiss etmirsən. Orada Bəhlulun heç bir günahı yox idi. Yazıq uşaq futbolçuları ayırırdı. Stankoviçin üstünə getdim, məni vurdu. Özündən də soruşa bilərsiniz. Hakim isə Bəhlula qırmızı vərəqə göstərdi. Halbuki ona düşmürdü. Çünki heç nəyə aidiyyatı yox idi, sadəcə, futbolçuları ayırırdı.
- Son oyunlardakı uğurlu çıxışından sonra artıq milli komandaya çağırılmalı olub-olmamağın müzakirə olunur. Çoxları düşünür ki, Şəhriyara dəvət göndərilməlidir. Bəs sən necə, özünü ölkənin əsas yığmasında oynamağa hazır sayırsan?
- Əlbəttə ki, hər bir futbolçu kimi milliyə çağırılsam, sevinərəm. Hamı çalışır ki, yığmada oynasın. Bu, hər oyunçu üçün şərəfdir. Qarşıma məqsəd qoymuşam ki, daha da artırmalıyam, dayanmaq yoxdur. Üzərimdə çox çalışıram. Yaxşı formadayam, özümü hazır sayıram. Şükürlər olsun, zədəm də yoxdur. Dəvət alsam, canla-başla oynamağa hazıram.
Elnur SALAHOV
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
Stadionu 999 illiyə icarəyə götürdülər
Yankoviç və Koxalski milliyə çağırıldılar
“Rauf Cabarov sağ olsun, nəticə yaxşıdır“ - Video
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer
"Milan"Leaunu itirdi
Hidayət Heydərov mübarizəyə başlayır
Hakimi Afrika Kubokundan imtina etdi!
Bu fotoya görə millidən kənarlaşdırıldı
Renat Dadaşovun komandası lideri məğlub etdi
"Napoli" erkən qolla qalib gəldi - Video
“Azarkeşlərimizdən üzr istəyirəm” - Kaşkilya
"Neftçi"dən 6 qollu qələbə - Video
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı