Məşqçilərin yeni reytinqi: Qurbanov və Bordin neçəncidir?

Məşqçilərin yeni reytinqi:  Qurbanov və Bordin neçəncidir?
ÖLKƏ FUTBOLU 29 Oktyabr 2018 / 15:54 3130
-  A +

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ın məlumatına görə, "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 881 xalla 514-cü pillədə yer alıb. Qurbanovun ötən həftə ilə müqayisədə 3 pillə geriləyib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 882 xalla 513-cü pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis də ötən həftə ilə müqayisədə 3 pillə geri düşüb.

Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə  "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone qərarlaşıb. "Qremio"nun baş məşqçisi Renato Qauço isə 3-cüdür.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu