4 oyuna 14 qol

4 oyuna 14 qol
PREMYER LİQA 29 Oktyabr 2018 / 15:03 3445
-  A +

Topaz Premyer Liqasında məhsuldarlıq rekordu təkrarlanıb.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, 9-cu turun 4 görüşündə qapılara 14 qol vurulub. Orta məhsuldarlıq 3,50-yə bərabər olub. Bu, mövsümün ən yüksək göstəricisidir. II turda da eyni sayda – 14 qol qeydə alınmışdı.

Qeyd edək ki, 9-cu turda meydana çıxan bütün komandalar qol sevinci yaşayıb. “Sabah” “Zirə”ni, “Səbail” “Keşlə”ni eyni – 2:1, “Neftçi” isə “Qarabağ”ı 3:1 hesabı ilə məğlub edibsə, “Sumqayıt” – “Qəbələ” görüşündə tərəflər hərəyə 2 dəfə fərqlənib.

Son xəbərlər