“Keşlə”ni "Qarabağ"la oyuna kim çıxaracaq?

“Keşlə”ni "Qarabağ"la oyuna kim çıxaracaq?
ÖLKƏ FUTBOLU 29 Oktyabr 2018 / 12:00 2738
-  A +

Mladen Milinkoviçin istefaya göndərilməsindən sonra "Keşlə"ni Topaz Premyer Liqanın 7-ci turundan təxirə salınmış "Qarabağ"la oyuna çıxaracaq məşqçi bəlli olub.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, komanda Milinkoviçin köməkçisi Zaur İsmayılovun rəhbərliyi altında meydana çıxacaq. Digər məşqçilər Bəxtiyar Musayev, Aleksandr Karakliç və Camaləddin Əliyev də hələlik vəzifəsini icra edəcək.

Qeyd edək ki, "Keşlə" - "Qarabağ" oyunu okyabrın 31-də "Ask Arena"da keçiriləcək.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə