"Bu oyun Azərbaycanın "El-Klassiko"sudur" - Dario Federiko

"Bu oyun Azərbaycanın "El-Klassiko"sudur" -  Dario Federiko
ÖLKƏ FUTBOLU 29 Oktyabr 2018 / 09:55 2658
-  A +

"Bu, 6 xallıq oyun idi. Rəqib ən yaxın izləyicimizdir və bir pillə aşağıda qərarlaşıb. Yəni qalib gəlməklə, xal fərqini artıracağımızı anlayırdıq. Buna görə də oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. Həm də deyərdim ki, bu, Azərbaycanın "El-Klassiko”sudur".

Qol.az-ın xəbərinə görə, bu sözləri "Neftçi”nin futbolçusu Dario Frederiko Topaz Premyer Liqanın 9-cu turundan ötən gün "Qarabağ”la keçirilən oyundan (3:1) sonra klubun rəsmi saytına açıqlamasında deyib.

"Qarabağ"ı güclü rəqib adlandıran braziliyalı yarımmüdafiəçi Ağdam klubunu yaxşı analiz etdikləri üçün qələbə qazandıqlarını bildirib: "Rəqibin gücünə, futbolçularının fərdi keyfiyyətinə bələd idik. Məşqçilərimiz həftəboyu rəqibin zəif nöqtələrini düzgün analiz etmiş, bunu bizə düzgün çatdırmışdılar. Biz də çalışdıq ki, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirək. Çox şadam ki, bu bizdə yaxşı alındı və istədiyimiz nəticəni əldə edə bildik. Qələbə münasibətilə azarkeşlərimizi, bütün "Neftçi” camiəsini təbrik edirəm. Artıq sabahdan növbəti oyun haqda düşünməliyik”.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə