“Çox sevindirici haldır. Bizim üçün vacib qələbə idi. Turnir cədvəlindən hər kəsin xəbəri var. Bu cəhətdən çox önəmli qələbə idi. Düşünürəm ki, komanda şəklində çox yaxşı oynadıq və nəticədə 3 xal qazandıq”
Qol.az-ın məlumatına görə, bu sözləri “Neftçi” futbolçusu Mirabdulla Abbasov Topaz Premyer Liqasının 9-cu turunda evdə “Qarabağ”ı 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, çempionluq üçün böyük addım atdıqlarını söyləyib: “Qələbə gözlənilməz olmadı. Sadəcə, oyuna yaxşı hazırlaşmışdıq. Məşqlərimiz yüksək səviyyədə keçirdi. “Qəbələ”yə məğlub olduğumuz oyundan sonra psixoloji cəhətdən bir az çətinlik vardı. Daha sonra bu oyuna yaxşı köklənib, layiqli qələbə qazandıq. Bugünkü qələbə çox vacib idi. Turnir cədvəlində “Qarabağ”dan hazırda 6 xalla öndəyik. Onların ehtiyatda bir oyunu var. Çempionluq üçün böyük addım atdıq, ancaq qarşıda çox oyunumuz var. Ola bilər biz, ola bilər onlar xal itirər”
23 yaşlı hücumçu milli komandaya çağırlamamağı ilə bağlı da danışıb: “Hər zaman demişəm ki, milli komandamızın baş məşqçisinin fikirlərinə hörmətlə yanaşıram. Çağırsa, çalışacağam ki, əlimdən gələni edim. Əlbəttə, yığmada oynamaq istəyərəm. Özümü hazır sayıram. Çağırmasa da, hörmətlə yanaşıram. Yəqin ki, bir bildiyi var”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”