“Komandamı təbrik edirəm. Böyük kluba qarşı oynadıq və sona qədər mübarizə apardıq. Birinci hissədə yaxşı hücumlar etdik və qol vurmağa nail olduq. Bundan sonra futbolçularda özünəinam daha da artdı. Çətin oyun oldu. İndi qələbəni qeyd edirik, uşaqlara afərin".
Qol.az-ın xəbərinə görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının 9-cu turunda evdə “Qarabağ”a qalib gəldikləri oyundan (3:1) sonra keçirilən mətbuat konfransında deyib.
- “Neftçi”nin bu mövsüm azarkeşləri bu qədər sevindirən qələbəsi olub. Bu, avrokubok görüşündə olmuşdu. Həmin görüşdən sonra komanda eyforiyaya qapılmışdı. Yenidən eyni halın təkrarlanmaması üçün komanda dərs alıbmı?
- “Uypeşt”lə görüşü unutmuşuq, iki ay əvvəlki matça dönməyimiz absurd olar. Avrokubokda iki görüş olmuşdu. Çempionatda isə tam fərqli mübarizədir. Futbolda hər cür nəticə olur. Əsas odur ki, sona qədər mübarizə aparasan. Bu gün də çox gözəl nəticəyə nail olduq. Düşünürəm ki, qələbəyə layiq idik. Yolumuz uzundur, kiçik bir addım atdıq. Hansı ki, bu, çox önəmli addım idi. Əsas odur ki, bu yolda davam edək.
- 3 mərkəz müdafiəçisi ilə oynamağınız rəqiblə əlaqədar idi, yoxsa yeni sistemdir?
- Rəqibin cinahdan ortaya doğru sıxlaşdığını gördük. Bunu avrokubok matçlarında görmüşdük. Bu üzdən belə sistemə üstünlük verdik. Rəqibə ortada oyun qurmağa icazə verdik ki, əks-hücumdan qol vuraq.
- Nəhayət ki, Qurban Qurbanov üzərində qələbə qazandınız. Bu qalibiyyətin şəxsən sizin üçün nə dərəcədə önəmi var?
- Bu, təkcə mənim yox, komandanın qələbəsidir. Əsas odur ki, yaxşı oyun göstərib, 3 xal qazandıq. “Qarabağ”la çox qarşılaşmışıq. Avrokubokda da onlara rəqib olmuşam. Əsas odur ki, qələbə qazandıq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”