“Bordini və rəqib komandanı təbrik edirəm. Oyundan sonra sıxlıq olduğu üçün yaxınlaşa bilmədim”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Toaz Premyer Liqasının 9-cu turunda səfərdə “Neftçi”yə uduzduqları oyundan (1:3) sonra təşkil edilən mətbuat konfransında deyib.
Qurbanov məğlubiyyətə görə, futbolçularla ayrı-ayrılıqda danışacağını bildirib: “Bu, idmandır. Futbolçular həmişə gərgin qrafikdədilər. Amma belə oyunlara, məğlubiyyətlərə hazır olmalıyıq. Danışılası bir şey yoxdur. Oyun və nəticə barədə hər bir futbolçu ilə ayrılıqda danışacam. Futbolçuların yanında olmalıyam. Belə vəziyyətlər çox olub. Biz istəkli komandayıq. Sadəcə, səhvlər olur. Bunları aradan qaldırmalıyıq. Daha möhkəm kollektiv olaraq qarşıdakı oyuna hazırlaşmalıyıq. İradlar olacaq, bunu başa düşürəm. Biz hər oyuna qələbə istəyi ilə çıxırıq”.
- Nə vaxta qədər futbolçuların yanında olacaqsınız, məsuliyyəti öz üzərinizə götürəcəksiniz? Bunun limiti varmı?
- Limit yoxdur. Mən futbolçulardan, onlar da məndən dəstək görməlidir. Səhvlərimizi kollektiv içində araşdırmalıyıq. Çatışmayan cəhətləri daha yaxşı bilirəm.
- “Vorskla” ilə oyunda sanki çox güc sərf olunmuşdu. Bunun yorğunluğu hiss olunurdumu?
- Hər məğlubiyyətdən sonra psixoloji yorğunluq olur. Bu gün də heyətdə çox dəyişiklik etmişdim. Bəzi oyunçuları riskə atmaq istəmədim. Əsas heyətdən 3 oyunçu oynadırdım. Amma hiss edirdim ki, onlar üçün oynamaq ağırdır. Məğlubiyyətin səbəbini bunda axtarmaq istəməzdim. Sadəcə bu görüşə hazırlaşmaq üçün vaxtımız az olmuşdu. Bəzən belə məğlubiyyətlərin komandaya faydası olur. Üzücü olsa da, işimiz ilboyu davam edir. Bütün yorğunluqları, çatışmazlıqları arxada qoymalıyıq.
- Əlinizin altındakı heyət çempionluq üçün yetərlidimi?
- Futbolçularımın hər birinə güvənirəm. Bu heyətlə gözəl qələbələrimiz olub. Həm çempionatda, həm avrokuboklarda. Çempionatda inanmıram elə ciddi problemimiz olsun. Sadəcə, dəyişikliklər olur, hər oyun istədiyimiz kimi çıxış edə bilmirik. Düşünürəm ki, qarşıdakı oyunlar daha yaxşı olacaq.
- Jezniçakın əvəzinə Rəşad Sadıqovun meydana çıxması nə ilə bağlıdı?
- Bayaq dediyim kimi, yorulmuşdular. Jezniçak həddən artıq yorğun olsa da, onun təcrübəsinə ehtiyacımız var idi. İlk hissənin sonlarında yorğunluğunu hiss etdiyim üçün onu əvəzlədim.
- Azarkeşlər Mirabdulla Abbasovu yığmada görmək istədiklərini bildirdilər...
- Bütün oyunçular nəzarətdədir. Bütün bacarıqlı futbolçu yığmada ola bilər. Bizim hər toplanışımızda yeni oyunçu olur. Mənim siyahımda olan futbolçular arasında Mirabdulla da var. Onların hamısı milliyə çağırıla bilər.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi
Yamal rekorda imza atdı
Yarımfinalın ilk cütü müəyyənləşdi - DÇ-2026
DÇ-2026: İspaniya yarımfinala yüksəldi
“Araz-Naxçıvan” məşqlərə başladı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə