"Əlbəttə nəticədən razı deyilik, çünki məğlub olduq. Xüsusən ona görə məyusuq ki, ikinci hissədə 40 dəqiqə bir oyunçu üstün durumda çıxış etdik. Amma düşünürəm ki, verilmiş penalti oyunun taleyini həll etdi. İkinci hissədə çoxlu şansımız olsa da, təəssüf ki, istifadə edə bilmədik. Hətta 3 hücumçu ilə oyuna davam etdik. Təəssüf ki, qapı qarşısına çoxlu asmalar edə bilmədik və cəmi bir qol vura bildik".
Bu sözləri "Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç Topaz Premyer Liqanın 9-cu turunda səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
Serbiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Klubunuzun rəhbəri Zaur Axundov oyundan sonra çox qəzəbli idi...
- Əlbəttə o, klubun prezidentidir. Məğlub olursansa, razı ola bilməzsən. Axundovun konkret nə dediyini bilmirəm, çünki oyundan sonra paltardəyişmə otağına yox, ayaqyoluna yollandım. O, oyunçulara öz iradlarını deyə bilər. Yəqin ki, o da hamımız kimi məyusdur.
- "Keşlə"nin kifayət qədər ucaboy oyunçuları var, amma sanki düzgün asmalar edə bilmirdilər. Məşqdə bunun üzərində işləyirsiniz?
- Məşq edirik. Gördünüz ki, rəqib 10 nəfərlə qalan kimi ikinci hücumçunu - Amil Yunanovu meydana daxil etdik. Bəzən müəyyən qeyri-dəqiqliklər olur. Bəzən qapıçılar yaxşı oynayır, bəzən hücumçular, bəzən isə müdafiəçilər yaxşı oynayır. Futbolda qərarlar qısa zaman ərzində qəbul edilir və düzgün qərar verib düzgün addım atmırsansa, məğlub olursan. Düşünürəm ki, artıq birinci hissədə oyunu uduzmuşduq. Vaqif Cavadov o epizodda hesabı bərabərləşdirə bilsəydi, oyunda tarazlıq yaranardı və psixoloji cəhətdən də üstünlük əldə edərdik. Amma təəssüf ki, alınmadı.
- Vaqif Cavadov meydandan çıxanda heç kimlə görüşmədi və skamyaya təpik atdı. Bu barədə nə deyə bilərsiniz?
- Onunla danışdım, bu, normaldır. Oyundan sonra hamı əsəbi idi. Hər şeydən əvvəl heç bir oyunçu əvəzlənmək istəmir. Təpik vurduğunu görmədim. Amma o çox vacib epizod qaçırdığı üçün çox məyus idi. Nəticə komandanın istənilən üzvünə təsirini göstərir. Əsas olan odur ki, biz bu gün 3 xal itirdik. (Report)
Messidən MLS rekordu
"Neftçi"yə qarşı hamı istəkli oynayır" - Qurban Qurbanov
"Real" 36-cı dəfə İspaniya çempionu oldu
"Qarabağ" Bəhlulla yeni müqavilə imzaladı
"Qarabağ"ın 5 cavabsız qolu - Video
"Qarabağ" "Neftçi"ni darmadağın etdi, "Sumqayıt"dan heç-heçə
"Real"dan böyük hesablı qələbə
Samir Abasov: "Futbolçularım ağır görünürdü"
2 qol, 2 qırmızı vərəqə - Video
Şahruddin 90 dəqiqə oynadı, komandası qalib gəldi
"Qarabağ" - "Neftçi": Heyətlər
"Arsenal"dan qələbə
Azərbaycanın U-17 millisi Qazaxıstana uduzdu
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Tiaqo Silva bu kluba keçir
Maradonanın cənazəsini köçürmək istəyirlər
Xüsusi təyinatlılar futbolçulara və azarkeşlərə atəş açdı
"Bayer"in 6 futbolçusu mövsümün rəmzi komandasında
Messi "İnter Mayami"nin büdcəsini ikiqat artırıb
Kvaratsxeliya qərarını verdi: Gedir, ya qalır?
Arda Güler: "Modriç və Kroosu adları ilə çağırmıram"
Slotdan "Liverpul" açıqlaması
Renatın klubunda yeni baş məşqçi və idman direktoru
Ozan Can sarı vərəqə aldı, komandası uduzdu
"Beşiktaş" 5 qollu oyunda belə qələbə qazandı - Video
İsko ayın oyunçusu seçildi
"Beşiktaş" 90+7-ci dəqiqə qolu ilə qələbə qazandı
Mərakeşli hücumçu 1-ci oldu
"Araz-Naxçıvan"da iki futbolçu məşqləri bərpa etdi