Bu gün Topaz Premyer Liqanın 9-cu turunda “Neftçi” “Qarabağ”ı qəbul edir.
Qol.az-ın xəbərinə görə, bəzi azarkeşlər stadiona girməkdə problemlə üzləşib. Fanatlar bununla bağlı sosial şəbəkələrdə narazılıqlarını bildiriblər.
Məsələ burasındadır ki, "Bakcell Arena"nın 3 A sektoruna bilet alan bir qrup azarkeş bu sektorun qapısı bağlı olduğundan stadiona girə bilmir. Onları digər qapılardan da içəri buraxmırlar.
Daha bir problem isə "Qarabağ" azarkeşləri ilə bağlı yaşanıb. "Neftçi" klubu heç bir izahat vermədən komandanın onlarla azarkeşini biletləri olduğu halda tribunaya buraxmayıb. Matçın başlamasına 3 dəqiqə qalmış onlarla azarkeş çöldə gözləməli olub. Yalnız Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müdaxiləsində sonra fanatlar içəri buraxılıblar.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu saat 17:00-da başlayıb.


Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”