"Bəxtimiz gətirdi" - Elşad Əhmədov

"Bəxtimiz gətirdi" - Elşad Əhmədov
ÖLKƏ FUTBOLU 27 Oktyabr 2018 / 20:11 1454
-  A +

"Oyunla bağlı danışmaq mənim üçün çətindir. İkinci hissədə çox zəif oynadıq, bəxtimiz gətirdi. "Zirə" fasilədən sonra gözlədiyimizdən də yaxşı, sürətli oynadı. Mənə təsir edən odur ki, müdafiədə oturduq. Ancaq futbolçularımız buraxdıqları qoldan sonra xarakter göstərdilər və uzatma dəqiqələrində qələbə qolunu vurduq".
 
Qol.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının 9-cu turunda evdə "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
 
O, qələbəni komandanın zədəli futbolçusu Marko Deviçə hədiyyə etdiklərini bildirib: "Yeri gəlmişkən, bu gün Markonun ad günüdür. Bu nəticə Deviçin ad günü üçün gözəl oldu. Markodan başqa qol vuracağımız futbolçularımız var. Bu gün Məqsədlə Cavid fərqləndi. Komandamızda psixoloji durum belədir ki, futbolçular 1 qol vurandan sonra rahat oynamırlar. Sanki qol buraxmaq təhlükəsi var".

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə