“Öz səhvimiz ucbatından qol buraxdıq. Artıq deyə bilmirik ki, bəxtimiz yoxdur. Çox pis vəziyyətdəyik, başqa bir sözüm yoxdur”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin futbolçusu Pərdis Fərcad-Azad Topaz Premyer Liqanın 9-cu turunda səfərdə “Sabah”a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, qol şanslarından istifadə edə bilmədiklərini söyləyib: “Məğlubiyyətin səbəblərini oyunu izləyib, analiz etdikdən sonra demək olar. Neçə oyundur ki, məğlub olduqdan sonra bəxtimiz gətirmir, deyirik. Bu qədər də yox, məncə. "Sabah” 2 hücuma 2 qol vurdu, biz bəlkə də, 15 hücum etdik, bir qol vurduq”.
Pərdis hücum mövqeyində problemlər olduğunu deyib: "Ola bilər ki, problem hücum mövqeyimizdədir, son nöqtəni qoya bilmirik. Şanslardan istifadə edə bilmiriksə, demək ki, hücumda problemlərimiz var. Ürəklə oynayırıq, vuruşuruq ki, bu vəziyyətdən çıxaq. Ancaq yenə də alınmır. Uşaq səhvləri edirik”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”