"İlk hissədə rəqibə oyun qurmağa imkan vermədik" - yığmamızın baş məşqçisi

"İlk hissədə rəqibə oyun qurmağa imkan vermədik" -  yığmamızın baş məşqçisi
ÖLKƏ FUTBOLU 26 Oktyabr 2018 / 18:50 1692
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Ramin Quliyev Avropa çempionatının seçmə mərhələsində Çexiyaya uduzduqları (0:2) oyundan sonra AFFA-nın rəsmi saytına fikirlərini bildirib.

Qol.az xəbər verir ki, rəqibi aşkar favorit adlandıran gənc mütəxəssis məğlubiyyəti belə şərh edib:

“Çexiya yığmasının qrupun aşkar favoriti olması hamıya məlumdur. İlk oyunda meydan sahibi Albaniya yığmasını böyük hesabla məğlub etmişdilər. Norveç yığması ilə oyundakı məğlubiyyət futbolçularda müəyyən psixoloji təzyiq yaratmışdı. Uşaqlar bu oyuna çox istəkli çıxmışdılar. Meydanda əzmkar və istəkli komanda vardı. Futbolçular hər top uğrunda mübarizə apardılar. İlk hissədə rəqibə demək olar ki, oyun qurmağa imkan vermədik. Çexiya yığması səhvimizdən istifadə edib hesabı açmağı bacardı. Qoldan sonra futbolçularımız oyun intizamını qoruyub mübarizəni davam etdirdilər. Fasilədən sonra 2-3 qol imkanı yaratdıq. Təəssüf ki, bunlardan istifadə edə bilmədik.

Son 10 dəqiqədə hesabı bərabərləşdirmək üçün risk edərək üç hücumçu ilə mübarizə apardıq. Ancaq təəssüf ki, oyunun başa çatmasına 2 dəqiqə qalmış qapımızdan növbəti qolu buraxdıq. Çalışacağıq ki, növbəti oyunda daha istəkli və keyfiyyətli oyun nümayiş etdirək”.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə