Azərbaycan birinci divizionunda çıxış edən "Səbail-2” komandasının baş məşqçisi Elman Sultanov istefaya göndərilib.
Qol.az-ın xəbərin görə, bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.
Komandanın mövsüm ərzində iki dəfə oyun protokolu qaydasını pozması baş məşqçinin göndərilməsi ilə nəticələnib. Bu barədə "Report”a paytaxt təmsilçisinin mətbuat katibi Törə Əhmədova bildirib. O, deyib ki, qarşılıqlı razılaşma əsasında 44 yaşlı mütəxəssisin və köməkçisi Toğrul Əhmədovun müqaviləsi ləğv edilib:
"Məşqçilər korpusu VIII tur çərçivəsində "Neftçi-2” ilə səfər matçında əvəzetmə zamanı səhvə yol veriblər. Oyunun 90+2-ci dəqiqəsində Ədilxan Qarəhmədovu Nazim Kərimli əvəzləyib. Bununla da "Səbail”in heyətində meydanda 1998-ci ilə qədər futbolçuların sayı 5-ə çatıb. Bu da Əsasnaməyə uyğun deyil. Ona görə də komandaya texniki məğlubiyyət veriləcək. VI turda "Qarabağ-2” ilə görüşdə komandanın heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak etdiyi üçün də "Səbail-2”yə texniki məğlubiyyət verilmişdi. Həmin vaxt tərəflər arasında razılıq əldə olunmuşdu ki, bu hal bir daha təkrarlanarsa, müqaviləyə xitam veriləcək. Bugünkü görüşdə isə Sultanovun özü verdiyi sözü xatırladaraq, müqaviləsinə xitam verilməsinə etiraz etməyib”.
Qeyd edək ki, "Səbail"in əvəzedici komandası ötən mövsüm E.Sultanovun rəhbərliyi altında ölkə çempionu olub.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”