“Bizim üçün çox ağır oyun oldu. “Vorskla” müdafiədə çox sıx oynadığından qol epizodları yaratmaqda çətinlik çəkirdik”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Vorskla”ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Məğlubiyyəti şərh edən polşalı futbolçu rəqibin yaxşı müdafiə olunduğunu söyləyib: "Statistikaya da baxdım, qapıya doğru gedən cəmi 1 dəqiq zərbəmiz olub. Eyni sözləri rəqib haqda demək olar. Onların da bir zərbəsi oldu, ancaq bizim epizoddan fərqli, qolla nəticələndi. Müdafiədə çox yaxşı çıxış etdilər. Demək olar ki, boş zona saxlamamışdılar. Bir qol vurdular, görüşün taleyini həll etdilər. Futboldur, burada hər şey olur”.
32 yaşlı oyunçunun sözlərinə görə, “Vorskla” kimi sıx müdafiə olunan komandalara qarşı oynamaq çətin olur: “Vorskla”dan fərqli, topu özümüzdə daha çox saxlayırdıq. Amma həlledici məqamlarda hücumçuları topla təmin edə bilmirdik. Bu da rəqibin yaxşı müdafiə olunması ilə bağlı idi. Belə komandalara qarşı oynamaq çətin olur. “Sportinq” və “Arsenal” açıq futbol oynadığından, həmin matçlarda qol imkanlarımız daha çox olmuşdu”.
Jezniçak 2 həftə sonra bu komanda ilə Ukraynada keçiriləcək oyun haqda da danışıb: “Vorskla”nı səfərdə uda bilərik. Məncə, səfərdəki oyun da belə olacaq. Rəqib etibarlı müdafiə olunub, əks-hücumlarda qol vurmağa çalışacaq. Bununla belə, Ukraynadan 3 xalla qayıtmaq mümkündür”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”