"Qarabağ" üzərində tarixi qələbə qazandıq" - “Vorskla”nın kapitanı

"Qarabağ" üzərində tarixi qələbə qazandıq" -  “Vorskla”nın kapitanı
ÖLKƏ FUTBOLU 26 Oktyabr 2018 / 11:58 1959
-  A +

“Qarabağ”a qalib gəlmək üçün bütün gücümüzü meydanda qoyduq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Vorskla”nın kapitanı Vladimir Çesnakov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la keçirilən görüşdən (1:0) sonra deyib.

30 yaşlı yarımmüdafiəçi Ukrayna mətbuatına açıqlamasında Bakıda tarixi qələbə qazandıqlarını bildirib:  “Oyundan sonra paltardəyişmə otağında sevinməyə gücümüz qalmamışdı. Əvvəlcə qələbəni hiss etmirdik. Ancaq tarixi qələbə oldu. Çünki Avropa Liqasının qrup mərhələsində ilk qalibiyyətimiz idi. Poltavalı azarkeşlərin hamısını təbrik edirəm”.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə