Almeyda oynadı, Enrike qol vurdu

Almeyda oynadı, Enrike qol vurdu
ÖLKƏ FUTBOLU 26 Oktyabr 2018 / 01:29 3920
-  A +

Millimizin futbolçusu Riçard Almeyda "Astana"nın heyətində növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, o, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Yabloneç”lə matçda iştirak edib. Start heyətdə meydana çıxan 29 yaşlı yarımmüdafiəçi 90-cı dəqiqədə əvəzlənib. Almeyda 76-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Görüş 1:1 hesabı ilə başa çatıb. Qazaxıstan klubunun yeganə qolunu 11-ci dəqiqədə “Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike vurub. Braziliyalı yarımmüdafiəçi fasilədə əvəzlənib.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə