“Biz “Vorskla”dan daha yaxşı, daha səviyyəli komandayıq. Meydanda da rəqibdən daha fəal oynadıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə “Vorskla”ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Qarşılaşma ilə bağlı fikirlərini bildirən bolqarıstanlı futbolçu məğlubiyyətə baxmaraq, yaxşı oynadıqlarını bildirib:“Qonaqlar qapımıza doğru cəmi 2 zərbə vurdular, biri qol oldu. Hücum və müdafiədə özümüzü inkişaf etdirməliyik. Növbəti oyunumuzda qələbə qazanmalıyıq ki, azarkeşlərimizi sevindirək. “Pis oynadıq” fikri ilə razılaşmıram. Çünki bu gün yaxşı çıxış etdik. Kimsə başqa cür düşünə, şərh verə bilər. Mənim fikrimcə, komanda inamlı təsir bağışladı. Sadəcə, nəticə istədiyimiz kimi olmadı”.
Bəxt amilindən gileylənən Slavçev öz çıxışına da toxunub: “Komanda uduzubsa, öz oyunumla bağlı nikbin danışa bilmərəm. Meydanda qalib gəlmək üçün hər şeyi edirəm. Amma bu gün bəxtimiz gətirmədi və məğlub olduq”.
26 yaşlı oyunçu Qurban Qurbanovun paltardəyişmə otağında çox danışmadığını söyləyib: “Sadəcə dedi ki, ruhdan düşməyin. Çünki qarşıda digər vacib oyunlar var”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”