“Hələ oyundan əvvəl demişdim ki, “Qarabağ” güclü komandadır. İndi də bunu təsdiqləyirəm ki, “Qarabağ”ın səviyyəsi çox yüksəkdi”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Vorskla”nın baş məşqçisi Vasili Saçko Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"a qalib gəldikləri (1:0) oyundan sonra keçirilən mətbuat konfransında deyib.
- “Vorskla” həmişə belə çıxış edir, yoxsa bu gün oyununuz alınmadı?
- Oyunun keyfiyyəti üzərində işləməliyik. Bizim hücumçularımız texniki baxımdan rəqibdən geri qalmırdı. İlk hissədə oyunumuz yaxşı alınmırdı. Hər şey istədiyimiz kimi alınmadı. Amma şansımızı gözlədik və qol vurduq. Artıq ikinci hissədə sürətli əks-hücumlar edirdik. “Qarabağ”ın da qol imkanı oldu. Komandama görə şadam. Bura istirahət etməyə gəlməmişdik. “Sportinq”lə görüşü yüksək səviyyədə keçirdik. Cəmi 3 dəqiqə zəif oynadıq və məğlub olduq. Poltavadan bura gəlib bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. “Qarabağ”a da arzulayıram ki, bunu unudub, qarşıdakı oyunlara yaxşı hazırlaşsın.
- “Sportinq”ə əlavə dəqiqələrdə qollar buraxaraq uduzdunuz. Bu gün də eyni durumla üzləşəcəyinizdən narahat deyildiniz? Yoxsa “Qarabağ”da bu gücü görmürdünüz?
- “Sportinq” çox güclü komandadır. “Qarabağ” da həmçinin güclüdür və bunu neçə ildi göstərir. Bu komandaları müqayisə etmək istəməzdim. Hərəsinin özünəməxsus futbolçuları var. Bu gün 18 yaşlı oyunçuya şans verdim. Heyətdə eksperiment apararaq, risk etdim. Oyun baxımından komandamdan daha yaxşısını gözləyirdim.
- Bugünkü qələbədən sonra qrupda daha çox xal toplamaq şansınız necədi?
- Qarşıdakı oyunlarda da xal toplamağa çalışacağıq. Bizim həm avrokubok, həm ölkə kuboku, həm də çempionatda çətin oyunlarımız olur. Uğur qazanmaq üçün yaxşı ehtiyat oyunçulara ehtiyac var. Yalan danışmayım, o qədər də çox yaxşı oyunçumuz yoxdur. Bununla belə, komandanı maksimum dərəcədə hazırlaşdıracam.
Son olaraq, qonaqpərvərliyə görə təşəkkür edirəm. Bakını bu qədər gözəl təsəvvür etmirdim. “Qarabağ”a qarşıdakı oyunlarda uğurlar arzulayıram. Təkcə “Vorskla” ilə görüşdə yox.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”