Ukraynalı futbol adamları Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Qarabağ" - "Vorskla" oyunu üçün proqnoz veriblər.
Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, veteran müdafiəçi, 2007-ci ildə Azərbaycanda "Simurq"un formasını geyinmiş Aleksandr Poklonski bugünkü qarşılaşamada təmsilçimizin şanslarını daha yüksək qiymətləndirib:
"Turnir cədvəlinə baxmayın və "Qarabağ" adının qarşısında "vurulan qollar" bölməsindəki "sıfır"a aldanmayın, bir sözlə, bu, çox güclü komandadır. Poltovalılara qibtə etmirəm, amma çətin olacaq. Əgər bu oyunda Avropa Liqasında ilk xalını qazansa, bunu "Vorskla" üçün uğur saymaq olar. Ancaq mənə elə gəlir ki, "ağ-yaşıllar"ı yenə uğursuzluq gözləyir. Azərbaycan klubunun 2:1 hesablı qələbə qazanacağını düşünürəm".
"Volın"ın hücumçusu Dmitri Kozban isə "Vorskla"nın Bakı səfərindən xalla dönəcəyini düşünür: "Bizi maraqlı qarşılaşma gözləyir. Poltavalılar tam olaraq bu oyunda xal və ya xallara ümid edə bilər. Amma asan olmayacağı dəqiqdir. Çünki Azərbaycan təmsilçisi çoxları üçün asan rəqib deyil. Məncə, hamı onların "Dnepr"lə oyunlarını xatırlayır. 90 dəqiqənin sonunda ukraynalıların xal götürəcəyi oyun gözləyirəm".
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" oyunu 20:55-də start götürəcək.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”