“Öncə bildirim ki, Bakı, insanlar, stadion çox gözəldir. Sabah bizi maraqlı oyun gözləyir. Hər iki komanda ilk iki turda qələbə qazanmadığı üçün itirəcəyi heç nə yoxdur”.
Qol.az-ın məlumatına görə, bu fikirləri “Vorskla”nın baş məşqçisi Vasili Saçko Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun “Qarabağ”la oyunu öncəsi keçirilən mətbuat konfransında səsləndirib.
Qarşılaşma ilə bağlı danışan ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Kobaxidze, Vasin, Kadimyanın Bakıya gəlməyəcəyi dəqiq idi. Sabahkı oyunda daha kimlər oynaya bilməyəcək?
- Həmin oyunçuların olmaması bizim üçün böyük itkidir. Əsas heyət üzvləridir. Onlardan başqa heyətdə itki yoxdur. Biz “Şaxtyor” və “Dinamo” səviyyəsində kollektiv deyilik, amma komanda ruhumuz var. Düşünürəm ki, “Qarabağ” kimi titullu komanda ilə oyun meydana çıxan futbolçular üçün özlərini göstərmək baxımından yaxşı imkan olacaq.
- “Volın”da Kamal Quliyev, Cahangir Həsənzadə kimi azərbaycanlı futbolçularla oynamısınız. Bakıda onlarla görüşmək fikriniz varmı?
- Hər birinə hörmət edirəm. Onlarla az oynamamışam. Bu futbolçuların sayəsində azərbaycanlıları daha yaxından tanımışam. Hələ ki, görüşməmişəm, ancaq telefonla danışmışıq. Amma inanıram ki, bu gün vaxt tapıb, həmin insanlarla bir fincan çay və ya qəhvə içəcəyəm.
- “Qarabağ”la oyunda sizi hansı nəticə qane edəcək?
- Təbii ki, sabah qələbə qazanmaq istəyirik. Püşkdən sonra bilirdik ki, çətin qrupa düşmüşük. Favorit “Arsenal” və “Sportinq”dir. “Qarabağ”ı təhlil etmişik. “Dnepr”lə oyunlarda onlara da çətinlik yaşatmışdılar. Rəqibi geniş analiz etmişik ki, oyuna yaxşı hazırlaşa bilək. Güclü tərəfləri hücum xəttinin sürətli olması, topa nəzarət etmələri, heyətlərində milli üzvləri və təcrübəli futbolçuların çox olmasıdır. “Sportinq” və “Arsenal”la oyunlarda qol epizodları yarada bilirdilər. İnanıram ki, həmin komandalarla ikinci görüşlərdə xal və ya xallar qazana biləcəklər. “Qarabağ”ın da çatışmazlıqları var, amma indi bunu deməyəcəyəm. Baş məşqçi də mühüm amildir. Qurban Qurbanov uzun müddətdir bu komandaya rəhbərlik edir. Bilirəm ki, asan oyun olmayacaq. Ancaq Bakıya istirahət üçün gəlməmişik. “Sportinq”lə oyunda təcrübəsizlik və ehtiyat qüvvənin çatışmazlığı ucbatından xallar itirdik.
- Bakıya 3 saatlıq səfərdən sonra futbolçuların fiziki durumu nə yerdədir və komandanı psixoloji cəhətdən oyuna necə hazırlayacaqsınız?
- Düzdür, təyyarə ilə 3 saat uçduq, amma ölkənin coğrafi mövqeyi elədir ki, başqa seçim imkanımız yoxdur. Sağ olsunlar, bizi hava limanında qarşıladılar və vaxtında otelə çatdıq. Düşünürəm ki, istirahət üçün vaxtımız olacaq.
- 3 gün öncə ölkə çempionatında “Dinamo” ilə çətin matça çıxmışdınız. Futbolçularda yorğunluq varmı?
- Təbii ki, çempionatımızın liderlərindən biri ilə oyunda xeyli güc sərf etdik. Məşqçi və tibbi personalın vəzifəsi futbolçuları qarşıdakı matça yaxşı hazırlamaqdır. “Qarabağ”la görüşdən sonra da çətin matçlarımız olacaq. Hər oyuna fiziki baxımdan güclü çıxmaq istərdik. Amma bu, mümkün deyil. Yüksək səviyyəli turnirdə “Qarabağ” kimi komanda ilə oynamaq bizə əlavə güc verir. Rəqibin gücünə hörmətlə yanaşırıq, amma onlardan çəkinmirik.
- Geqam Kadimyan zədəli olmasaydı, bura gətirəcəkdinizmi və iki həftə sonrakı matçda onu oynadacaqsınızmı?
- Hazırda o, zədəlidir. Sağlam olsaydı, durumuna baxacaqdıq. Zədəli olduğu üçün də gətirə bilmədik. Həm ona, həm də digər zədəlilərimizə görə üzülürəm. Gələn görüşə hazır olub-olmayacağı bilinmir. Tibbi personal hər bir oyunçunun tez sağalması üçün əlindən gələni edir.
- Andrey Şevçenko “Vorskla”nın bir çox matçlarını tribunadan izləyib. Sabahkı qarşılaşmaya gələcəkmi?
- Onun planı barədə məlumatım yoxdur. Yığmanın baş məşqçisidir, bütün klublarla ünsiyyətdədir. Gənc olsa da, yüksək hədəfləri olan məşqçidir. Bizim Londondakı oyunumuza getmişdi. Ancaq onun sabahkı görüşə gəlib-gəlməyəcəyini deyə bilmərəm. Gəlməsə də, əminəm ki, televiziyadan yüz faiz izləyəcək.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
DÇ-2026-da 1/4 finalın son iki oyunu
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi
Yamal rekorda imza atdı
Yarımfinalın ilk cütü müəyyənləşdi - DÇ-2026
DÇ-2026: İspaniya yarımfinala yüksəldi
“Araz-Naxçıvan” məşqlərə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı