“Bilirik ki, bizi çox çətin və vacib oyun gözləyir. Rəqib barədə yüksək fikirdəyik. Oyunlarını izləmişik, yaxşı komandadır. İlk iki oyunda uduzsalar da, rəqiblərinə çətin anlar yaşadıblar. Biz də özümüzə güvənirik. İnanırıq ki, müsbət nəticə qazanacağıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Miçel Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda sabah "Vorskla" ilə Bakıda keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
Rəqibi yaxşı təhlil etdiklərini bildirən ispaniyalı yarımmüdafiəçi meydana müsbət nəticə üçün çıxacaqlarını əlavə edib: "Rəqibin oyunlarının videolarını izləmişik, kompakt komandadır. Hücumameyilli oyunçuları sürətlidir. “Arsenal”a görüşdə 4 top fərqi ilə geridə olsalar da, 2 qol vura bilmişdilər. Həm avrokubokda, həm də daxili çempionatda asan rəqib yoxdur".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular