Qurban Qurbanov hücumdakı problemlər, Gerye və "Vorskla" haqda

Qurban Qurbanov hücumdakı problemlər, Gerye və "Vorskla" haqda
ÖLKƏ FUTBOLU 24 Oktyabr 2018 / 14:16 5012
-  A +

“Sabah vacib oyuna çıxırıq. Hər iki komandanın xalı yoxdur.  Ona görə də hər iki tərəf matça ciddi hazırlaşıb. Düşünürəm ki, hamımız üçün maraqlı görüş olacaq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun “Vorskla” ilə ev oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- "Səbail"ə texniki məğlubiyyətdən sonra komandada psixolij durum nə yerdədir?

- Hər şey qaydasındadır. Tam fərqli turnirə hazırlaşırıq. Psixoloji vəziyyət normaldır.

- “Vorskla” digər komandalarla müqayisədə dişimizə uyğun rəqibdir. Bu məqam hər hansı təzyiq və ya psixoloji yüklənmə yaradırmı?

- Başa düşürük ki, ciddi qrupda mübarizə aparırıq. Komandada böyük məsuliyyət var və bu, bizə kömək ola bilər. Sabah ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq.

- Donald Gerye “Səbail”ə qarşı oynadı, sabah da meydana çıxa biləcəkmi?

- Ümumi durumu yaxşıdır, zədəsi tam sağalıb. Amma hazırlıqla bağlı problemi var.

- Hannes Halldorsson sabah “18-lik”də olacaqmı?

- Bu, sabah dəqiqləşəcək.

- “Qarabağ” qol vurmaqda çətinlik çəkir. Bu problemi “Vorskla” ilə oyunda aradan qaldırmaq mümkün olacaqmı?

- Hələ onlarla oynamamışıq, amma qol vurmaq üçün yollar axtaracağıq. Problem təkcə hücum xətti ilə bağlı olsaydı, daha asan olardı. Sabah qol vurmağa çalışacağıq.

- Oyuna azarkeşlərin az gəlməsi gözlənilir. Buradan onlara nəsə demək istərdinizmi?

- Məncə, nəsə deməyə ehtiyac yoxdur. Onlar hər zaman bizimlə olublar. İnanıram ki, sabah sayları çox olacaq və bizə dəstək verəcəklər.

- Hər iki komandanın 0 xalı var, amma “Vorskla” həm “Arsenal”, həm də “Sportinq”in qapısına yol tapa bilib. Bununla bağlı hansı tədbir görmüsünüz?

- Bilirik ki, qol vurmağı bacaran komandadır. Müdafiədə diqqətli, hücumda isə fəal olmalıyıq ki, istədiyimiz nəticəni qazanaq. İstənilən halda oyuna hazırıq.

Daha çox


Son xəbərlər
21.03.26  10:55

"Milan"Leaunu itirdi

topaz banner