Topaz Premyer Liqanın bombardirlər siyahısına başçılıq edən “Sabah”ın hücumçusu Marko Deviç Qol.az-a müsahibə verib. Son turda “Sumqayıt” üzərində qələbə qazandıqları oyundan danışan ukraynalı forvard əsas rəqibləri “Səbail”in texniki qələbə almasına və “Qarabağ”ın Avropa Liqasında “Vorskla” ilə keçirəcəyi oyuna da toxunub.
- Son turda “”Sumqayıt”a minimal hesabla qalib gəldiniz və ilk dövrədəki məğlubiyyətin əvəzini çıxdınız. Oyundan qabaq hər hansı aqressiya var idimi?
- “Sumqayıt”ı məğlub etdiyimiz üçün sevinirik. Bizim üçün vacib qələbə idi. Ancaq oyundan öncə heç bir aqressiya yox idi. Bizim üçün Premyer Liqa matçlarından biri idi. Meydana çıxdıq, mübarizə apardıq və qalib gəldik.
- Həmin nəticədən sonra 3-cü pilləyə yüksəldiniz. Ancaq “Səbail”ə verilən texniki qələbə sizin mövqeyinizi itirməyinizlə nəticələndi. Ümumiyyətlə, “Səbail” 13 xaldan 6-sını bu yolla qazanıb. Bunu özünüzə qarşı da ədalətsizlik hesab edirsinizmi?
- Xeyr. Çünki futbolda əvvəlcədən müəyyənləşdirilmiş qaydalar var. Onlara əməl etmək, hörmətlə yanaşmaq və diqqətli olmaq lazımdır. Ona görə belə bir şey baş verdi. Qorxulu heç nə yoxdur. Amma, əlbəttə, digər tərəfdən, “Səbail”in məğlubiyyətə layiq olduğu oyunlarda bu cür xallar qazanması təəssüf doğurur.
- Sonuncu dəfə ötən ayın 16-da, IV turun “Qəbələ” ilə oyununda fərqlənmisiniz. Bir aydan çoxdur, qol vura bilmirsiniz. Nə baş verir?
- Bu, normal prosesdir. Qeyri-adi heç nə yoxdur. Bir hücumçu ardıcıl hər oyunda qol vura bilməz. Arada bu cür fasilələr ola bilər.
- Bu amil sizi narahat etmir?
- Əlbəttə ki, narahat etmir. Əsas komandanın uğur qazanmasıdır. Kimin qol vurmasının o qədər də önəmi yoxdur.
- Sabah “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Vorskla” ilə qarşılşacaq. Stadionda olacaqsınız?
- Oyuna gedib-getməyəcəyimi hələ dəqiq bilmirəm. Bəzi işlərim var. Onları həll edə bilsəm, gedəcəyəm.
- Oyundan nə gözləyirsiniz? Sizcə, qələbəyə kim daha yaxındır?
- Məncə, şanslar bərabərdir. Bu oyunda aşkar favorit görmürəm. Çünki təxminən eyni səviyyəli komandaların görüşü olacaq.
Elnur SALAHOV
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular