Ötən şənbə günü Rəhim Həsənov "Qəbələ" - "Neftçi" oyununda meydan sahibi komandanın tərtəmiz penaltisini vermədiyi vaxtda başqa bir FİFA referimiz Əliyar Ağayevin Avroliqada mötəbər bir oyuna təyinatı haqda qərar çıxarılmışdı. Əslində futbolumuzdakı neqativin dayanmadan dolu kimi yağdığı vaxtda müsbət nələrinsə yaşanması futbolumuzun tam ölmədiyini, onun yaşadan, yaşatmaq istəyən insanların az da olsa qaldığını göstərir.
UEFA-da hakimlərin birinci kateqoriyasına yüksəldikdən sonra Ə.Ağayev bu mövsüm Avroliqanın ilk turunda “Latsio” (İtaliya) – “Apollon” (Kipr) oyununa təyinat almışdı. Sabah keçiriləcək üçüncü turda isə daha vacib matçı – “Sürix” (İsveçrə) – “Bayer” (Almaniya) görüşünü idarə edəcək. Hansı ki, hazırda hər iki komandanın 6 xalı var və qalib gələn qrupun vahid lideri olacaq. Yəni bu gün “Qarabağ” kimi, Avropa kuboklarında ikinci bir səfirimiz də məhz 31 yaşlı bu gənc hakimimizdir.
Əliyar Ağayev Avropa Liqasında qrup matçını idarə edən ilk referimiz kimi də futbol tariximizə düşüb. Daha bir sevindirici məqam odur ki, erkən vaxtda - 22 yaşında hakimliyə başlayan Əliyar FİFA referisi adını aldığı 2013-cü ildən hakimi olduğu oyunların əksəriyyətində yaxşı qiymət alıb və nəticədə, ən üst səviyyələrdən sayılan birinci kateqoriyaya kimi yüksəlməyi bacarıb. Birinci kateqoriya isə hakimə yüksək səviyyəli beynəlxalq matçları, o cümlədən Avropa Liqası ilə yanaşı, Çempionlar Liqasının qrup oyunlarını da idarə etməyə imkan verir.
Başqa bir vacib məqam Əliyarın fərdi uğurları ilə yanaşı adının gizli sövdələşmələrdə demək olar ki, hallanmamasıdı. Yəni hələ onun barəsində yerli klublardan rüşvət alıb matçların nəticələrinə təsir etmək kimi fakta, haqqında ciddi əsasa söykənən çirkli söhbətlərə rast gəlinməyib.
Bu isə ilk növbədə bir insanın öz şəxsiyyətini qorumağı sayəsində mümkün olub. Razılaşaq ki, futbol idarəçilərinin və hakimlərinin çoxunun adının dələduzluqda, pul yeyintilərində hallanan Azərbaycan futbolunda öz imicini, çəkini qoruyub saxlamaq çox çətindir. Amma görünür, Əliyar Ağayev bunu qorumağı bacarıb və həm təmizliyi, həm də öz üzərində daim işləməsi, öyrənməsi, əziyyət çəkməsi sayəsində hakim kimi Avropada da irəli getməyi bacarır.
Və yeri gəlmişkən, Əliyarın uğurunun yeganə bir səbəbkarı var – o da məhz onun özüdü. Yəni müsbət olan bu məsələdə də AFFA-lıq bir şey yoxdu.
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
Stadionu 999 illiyə icarəyə götürdülər
Yankoviç və Koxalski milliyə çağırıldılar
“Rauf Cabarov sağ olsun, nəticə yaxşıdır“ - Video
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer
"Milan"Leaunu itirdi
Hidayət Heydərov mübarizəyə başlayır
Hakimi Afrika Kubokundan imtina etdi!
Bu fotoya görə millidən kənarlaşdırıldı
Renat Dadaşovun komandası lideri məğlub etdi
"Napoli" erkən qolla qalib gəldi - Video
“Azarkeşlərimizdən üzr istəyirəm” - Kaşkilya
"Neftçi"dən 6 qollu qələbə - Video
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı