"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində cavab oyununa çıxıb.
Qol.az-ın məlumatına görə, "qırmızı-qaralar" Moldovada "Şerif"in müvafiq yaş qrupu ilə qarşılaşıb.
Qəbələdəki oyunda 1:1 hesablı bərabərliyə razılaşan təmsilçimiz Tiraspolda keçirilən oyunda 3:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. "Qırmızı-qaralar" UEFA Gənclər Liqasında mərhələ adlayan ilk klub kimi Azərbaycan futbolu tarixinə düşüb.
Qeyd edək ki, "Qəbələ" növbəti mərhələdə bu gün keçiriləcək "Herta" (Almaniya) – "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, cavab oyunu
16:00. "Şerif" (Moldova) - "Qəbələ" (Azərbaycan) - 1:3
Qollar: Samir Qurbanov, 43 (0:1), Vsevolod Nihaev, 53-pen. (1:1), Samir Qurbanov, 62 (1:2), Dijinari, 63-avtoqol (1:3)
Hakimlər: Timofeos Kristofi, Giorgos Savva, Andreas Mixailidis (hamısı Kipr), İon Orlik (Moldova)
Tiraspol. "Şerif" stadionunun kiçik arenası
İlk oyun – 1:1
"Şerif": 1. Vladislav Lixarev, 8. Yeqor Qliqa, 9. Andrey Konoxov, 11. Aleksandr Kuzmenko (k), 19. Aleksandru Osipov, 26. Vsevolod Nixayev, 30. Denis Makaliçi, 31. Danila İqnatov, 39. Vladimir Kovçenko, 90. Vadim Dijnari, 99. Yevgeni Berko
Ehtiyat oyunçular: 12. Mixail Çioban, 4. Stanislav Ploxotnyuk, 14. Nikolay Stoyanov, 18. Yevgeni Pleşko, 22. İvan Morarenko, 32. Vladislav Qreçul, 33. Yeqor Çesnokov
"Qəbələ": 12. Əmrah Zülfüqarlı, 2. Rüstəm Nuruyev, 3. İzzət Müştaqov, 4. Vüsal Məsimov, 6. Faiq Hacıyev, 7. Əli Sadıxov (k), 8. AbbasAğazadə, 10. Təbriz İsazadə, 11. Samir Qurbanov, 15. İdris İnqilablı, 17. Rauf Məhərrəmov
Ehtiyat oyunçular: 1. Elməddin Sultanov, 5. Arsen Ağcabəyov, 9. Əli Mürsəlov, 13. Nicat Əliyev, 14. Xəyal Muradov, 16. Nicat Oruclu, 18. Samir Məhərrəmli
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular