Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, İK Topaz Premyer Liqanın 8-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Topaz Premyer Liqasının 8-ci turunun “Keşlə” – “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Topaz Premyer Liqasının 8-ci turunun “Sumqayıt” – “Sabah” matçında “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 15-ci dəqiqəsində “Sumqayıt"ın futbolçusu Vurğun Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Topaz Premyer Liqasının 8-ci turunun “Qəbələ” – “Neftçi” matçının 67-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 64-cü dəqiqəsində “Qəbələ"nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub. Oyunun 62-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
“Neftçi"nin azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan “Qəbələ”nin təqdim edəcəyi hesaba uyğun olaraq “Neftçi” klubu tərəfindən ödənilsin.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular