“Komandamı təbrik edirəm. Çox vacib qələbə qazandıq. Çempionatda yaranmış fasilədən sonra ilk vacib qələbəmizi qazandıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç Topaz Premyer Liqasının 8-ci turunda “Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Serbiyalı mütəxəssisin qələbə şərhi belə olub: “Bizim üçün çox çətin idi. Çünki 3 xal mütləq lazım idi. Bu qələbə növbəti oyunlara cığır açdı. Oyunun bir çox hissəsində səhvlərimiz oldu. Bəzi məqamlarda bəxtimiz gətirdi. Kamran Ağayevin qurtarışlarını qeyd etmək istərdim. Təzyiq altında oynamaq çox çətindir. Bu üzdən səhvlər də buraxdıq. Kamranın bizə çox xeyiri oldu. İkinci hissədə Slavikin zərbəsi qeyri-dəqiq alındı. Conatanın zərbəsindən sonra bəxtimiz gətirmədi. Həmçinin rəqib də çox qol vurub, yaxşı üstünlük əldə edə bilərdi. Bu futboldur. Ötən turda yaxşı oynasaq da, uduzduq. Bu gün isə “Zirə” yaxşı çıxış etdi, biz qalib gəldik. Bəzi futbolçular ixtiyarımızda deyildi. Sərtan Taşkın, Edvinas və Ebrima Sohna oynamırdılar. Ayite cəmi 2 həftədir bizə qoşulub, tam hazır deyil. Bu səbəbdən 15-30 dəqiqə oynatmaq istədim. Georgiasın da hərarəti var idi, meydana belə çıxmışdı. Bizə 3 xal lazım olduğundan, komanda ilə birgə oldu”.
O, qələbə qazandıqları üçün xoşbəxt olduqlarını bildirib: "8 oyunda ilk qalibiyyətimiz idi. Bundan əvvəl yoldaşlıq görüşündə qalib gəlmişdik. Onu da qeyd edim ki, meydança yaxşı deyil. Belə meydançada daha yaxşı oyun göstərə bilmirik. “Neftçi” və “Qəbələ”nin meydanlarında daha yaxşı oyun nümayiş etdiririk. Meydança yaxşı olsa, daha baxımlı oynayarıq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular