“Sözün düzü, meydana çıxanda çox futbolçumuz “Neftçi”nin oyunun yekun hesabını bilmirdi. Sadəcə, geridə olduqlarını bilirdik. Palatrdəyişmə otağında heç kimin yanında telefon olmur. Çalışırıq ki, nəticələr paltardəyişmə otağına çatmasın, futbolçuların fikri dağılmasın. Meydana çıxıb, vuruşduq. İndi də bildik ki, “Qəbələ” qalib gəlib”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Maksim Medvedev Topaz Premyer Liqada 8-ci turunda öz meydanında “Səbail”i 1:0 hesabı ilə məğlub etdiyi oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, bugünkü matçda futbolçular arasında əlaqənin zəif olduğunu söyləyib: “Çox çətin oyun keçdi. Çünki uzun müddətdir komanda bir yerdə deyildi. Bəzi futbolçularımız milli komandalarında, bəziləri isə zədəliydi. Uzun bir fasilədən sonra bir araya gəldik. Hiss olunurdu ki, futbolçularımız arasında əlaqə bir az zəif idi. Qol imkanlarımız oldu, təəssüf ki, cəmi bir qol vura bildik. Daha çox da vura bilərdik. Amma bu, futboldur, bəzən belə olur. Rəqib də müdafiə futbolu oynayırdı. Çalışırdılar ki, qol buraxmasınlar. Amma müdafiəni açmağa “Qarabağ”ın təcrübəsi çatır”.
29 yaşlı müdafiəçi oyunun sonlarına yaxın onlarda yorğunluq olduğunu bildirib: “İlk hissənin sonuna 5 dəqiqə qalmış və 70-ci dəqiqədən sonra yorğunluq olur. Buna baxmayaraq, bu gün meydanda hiss olunurdu ki, rəqib futbolçular bizdən daha yorğun görünür. Artıq biz müəyyən tempi tutmuşuq, gedirik”.
Medvedev komanda yoldaşı Hannes Halldorssonun törətdiyi yol qəzası ilə bağlı da danışıb:
“Bu hadisələrə heç kimə təsir etmir. Halldorsson da uşaq deyil. Özünü necə aparmağı, ümumi vəziyyəti bilir. Klubun işçiləri də ona kömək olurlar. Heç bir neqativ hadisə komandaya təsir etmir. Düzdü, istəməzdik belə bir şey olsun. Amma olan hadisədir. Həmin hadisədən çıxmaq lazımdır”.
Təcrübəli futbolçu son olaraq, Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib:
“Avroliqada iki məğlubiyyətdən sonra bir az vəziyyət pisləşdi. Növbəti oyunda “Vorskla” ilə öz meydanımızda qarşılaşacağıq. İstəyirik ki, həmin oyunda qələbə qazanaraq müsbətə doğru addımlayaq. Buna görə “Vorskla” ilə oyun çox önəmlidir".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular