Dabo "Qəbələ"yə qarşı oynayacaqmı?
“Neftçi”nin zədəli futbolçusu Baqali Dabo Topaz Premyer Liqanın 8-ci turunda bu gün “Qəbələ” ilə keçiriləcək səfər oyununda meydana çıxa bilər.
Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, fransalı hücumçu komanda ilə birlikdə Qəbələyə gedib. Bu isə o deməkdir ki, təcrübəli forvard sabiq komandasına qarşı matçda forma geyinə bilər. Ancaq onun oynayıb-oynamayacağı hələ dəqiq bilinmir.
Qeyd edək ki, bu gün keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 17:00-da başlayacaq.