"Sabah"ın ukraynalı futbolçusu Vitaliy Kvaşuk Qol.az-a müsahibə verib.
Komandasının ilk dövrədəki çıxışı barədə fikirlərini bildirən 25 yaşlı yarımmüdafiəçi Azərbaycandakı həyat tərzindən, "Qarabağ"ın Ukraynanın "Vorskla" klubu ilə keçirəcəyi oyunu haqda və digər məsələlərdən danışıb.
- "Sabah" Premyer Liqamızda 7 turdan sonra 5-ci pillədədir. Komandanızın ilk dövrədəki çıxışını necə dəyərlədirirsiniz?
- Əlbəttə ki, həmişə daha yaxşısını istəyirsən. Turnir cədvəlində daha yuxarı pillədə ola bilərdik. Yüksək yerdə olmaq həmişə xoşdur.
- Artıq 4 aydır Azərbaycandasınız. Ölkəmiz necədir? Bakıda sizə rahatdır?
- Yaxşı ölkə, yaxşı şəhərdir. Bakı mənə Kiyevi xatırladır. Yəqin ki, bu, ilk növbədə tıxaclara görədir (gülür). Meqapolisdə yaşamağa alışmışam. Ona görə də xüsusi problemim yoxdur. Çox vaxt evdə oluram. Yalnız ailəm Bakıya gəldikdə şəhəri gəzirik.
- Premyer Liqamızın növbəti turunda "Sumqayıt"la qarşılaşacaqsınız. Bu komandaya ilk dövrədə 1:4 hesabı ilə uduzmuşdunuz. Revanş haqda düşünürsünüz?
- Məncə, çox maraqlı oyun olacaq. Təbii ki, belə ağır məğlubiyyətdən sonra özümüzə gəlmək üçün yaxşı nəticə qazanmalıyıq. Oyuna ciddi hazırlaşırıq, çox çalışırıq. Düşünürəm ki, hər şey bizim xeyrimizə olacaq.
- Ukrayna və Belarusda oynamısınız. Bu ölkələrin futbolu ilə bizimki arasında nə kimi fərqlər var?
- İlk növbədə futbolun keyfiyyətində fərq var. Azərbaycanda demək olar ki, bütün komandalar yerlə oynayır. Bu, mənim üçün müsbət məqamdır. Ukrayna və Belarusda yerlə və hücum futbolu oynayan komandalar çox azdır. Əksəriyyəti isə güc futboluna üstünlük verir.
- "Qarabağ" oktyabrın 25-də Avroliqanın qrup mərhələsinin növbəti turunda Ukraynanın "Vorskla" klubunu qəbul edəcək. Bu oyundan nə gözləyirsiniz? Sizcə, favorit kimdir?
- Əlbəttə, "Qarabağ". Ancaq "Vorskla" da son vaxtlar yaxşı oyun nümayiş etdirir. "Arsenal"la görüşdə də yaxşı təsir bağışladılar. Məncə, maraqlı oyun olacaq. Çünki "Qarabağ" daha çox irəli atılacaq, "Vorskla" isə əks-hücumlarda nəsə etməyə çalışacaq. "Vorskla" "Qarabağ" üçün çətinlik yaradacaq. Bu komanda əks-hücumlarda çox sürətlidir. Ancaq "Qarabağ" çox güclü və təcrübəlidir. Avrokuboklarda qazandığı təcrübə "Qarabağ"a böyük üstünlük verir. Mənim fikrimcə, oyun həddindən artıq maraqlı olacaq. Əslində necə olacağını isə həftənin dördüncü günü görəcəyik.
- Əgər "Qarabağ" Ukrayna çempionatında oynasaydı, birinci yer uğrunda mübarizə apara bilərdi?
- Mükafatçılar sırasına düşmək üçün mübarizə apara bilər. Ancaq hazırda "Şaxtyor" çox yaxşı formadadır. Komanda həm daxili çempionatda, həm də Çempionlar Liqasında yaxşı nəticələr qazanır. Məncə, "Qarabağ" Ukrayna Premyer Liqasında 2 və ya 3-cü yerlər uğrunda mübarizə apa bilər. "Dinamo" hazırda yaxşı dövrünü yaşamır. Komanda çox tənqid olunur. Ona görə də futbolçular çətin vəziyyətdədilər. Ancaq "Şaxtyor" və "Dinamo"nun "Qarabağ"la oyun çox maraqlı olardı.
- Azərbaycanda azarkeşlər stadionlara gəlmir, onların sayı çox azdır. Bu haqda nə deyə bilərsiniz?
- Hər bir futbolçu, məşqçi və klub rəhbəri stadionda azarkeşlərin çox olmasını istəyər. Şəxsən Azərbaycan çempionatı bir azarkeş kimi mənə maraqlı olardı. Çünki burada Avropanın böyük çempionatlarında olmayan sürət var. Komandalar sonadək mübarizə aparır, ötürmələri çox edirlər. Avropadakı kimi, Azərbaycanda da insanların stadionlara gəlməsini istərdim. Avropada 60-70 yaşlı nənələr, babalar futoldan ləzzət alır. Onlar üçün komandalarının udub-uduzmağının fərqi yoxdur. Mən bütün azarkeşləri stadiona çağırıram. Onların tribunalarda olmağı bizim üçün bayramdır. Biz də öz nəticələrimizlə onlara bayram əhvalı yaşatmağa çalışacağıq.
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
Stadionu 999 illiyə icarəyə götürdülər
Yankoviç və Koxalski milliyə çağırıldılar
“Rauf Cabarov sağ olsun, nəticə yaxşıdır“ - Video
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer
"Milan"Leaunu itirdi
Hidayət Heydərov mübarizəyə başlayır
Hakimi Afrika Kubokundan imtina etdi!
Bu fotoya görə millidən kənarlaşdırıldı
Renat Dadaşovun komandası lideri məğlub etdi
"Napoli" erkən qolla qalib gəldi - Video
“Azarkeşlərimizdən üzr istəyirəm” - Kaşkilya
"Neftçi"dən 6 qollu qələbə - Video
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı