Milli komandamızın üzvü Dmitri Nazarov formasını geyindiyi "Aue" klubundakı vəziyyətindən narazıdır.
Qol.az-ın "tag24.de" saytına istinadən yaydığı xəbərə görə, 28 yaşlı yarımmüdafiəçi bu mövsüm meydana start heyətində çıxmamasından gileylənib:
"Meydanda az vaxt keçirməyimdən məmnun deyiləm, bunu hamı bilir. Sonuncu dəfə nə vaxt 90 dəqiqə oynadığımı xatırlamıram. Yalnız onu dəqiq bilirəm ki, bu, ötən mövsüm olub".
Oyun təcrübəsinin az olduğunu söyləyən milliləşmiş legioner yığmamızın UEFA Millətlər Liqasının Farer adaları (3:0) və Malta ilə oyunlarında (1:1) start heyətində meydana çıxmasından razı qalıb: "Yenidən meydana çıxmaq, əsas heyət üzvü olduğumu hiss etmək şəxsən mənim üçün çox yaxşı oldu. Farer adaları ilə oyunda fərqləndim. Millidəki uğurlu çıxışımı Almaniya çempionatına da daşımaq istərdim. Fərqi yoxdur, hər mövqedə oynaya bilərəm. Əsas odur ki, mənə çox şans verilsin".
Qeyd edək ki, millimizin Farer adaları və Malta ilə oyunlarında start heyətində meydana daxil olan və sonadək oynayan Nazarov ilk matçda qol da vurub.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular