"Azərbaycana qarşı son 2 ildə 4-cü dəfə oynayırdıq. Bu komanda çox güclü və yaxşı kollektiv, çox çətin rəqibdir. Bizim yığma isə 2 il əvvəllə müqayisədə bir az dəyişib. Oyun tərzimizdə də dəyişiklik var. Düşünürəm ki, bu gün müəyyən şanslar yaratdıq və qol imkanımızdan istifadə etdik. Azərbaycana qarşı komanda halında oynayıb nəticə qazandıq".
Qol.az-ın məlumatına görə, bu sözləri Malta yığmasının futbolçusu Rouen Muskat Bakıda Azərbaycanla 1:1 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının 4-cü tur qarşılaşması barədə danışarkən deyib.
27 yaşlı yarımmüdafiəçi millidə ilk qolunun və Bakı Olimpiya Stadionunda ilk oyununun bu görüşə təsadüf etdiyini vurğulayıb: "Bu, mənim üçün xüsusi an idi. Millidə qol hesabımı açdım və bu stadionda birinci dəfə çıxış etdim. Görüş yaxşı keçdi və oynamaqdan zövq aldım. Bu meydanda çıxış etmək mənim üçün böyük təcrübə idi. Azərbaycanın bizdən daha çox təhlükəli vəziyyət yaradacağını bilirdik. Özümüz də qol şansı əldə edərək, fərqləndiyimiz üçün xoşbəxtik. Əlimizə düşən imkandan istifadə etməyimiz bizi sevindirdi".
Muskat yer aldıqları D Liqasının 3-cü qrupu ilə bağlı proqnoz da verib: "Düşünürəm ki, Azərbaycan və Kosovo eyni səviyyəli komandalardır. Amma məncə, qrupun qalibi Kosovo olacaq".
Qeyd edək ki, 4 turdan sonra Kosovo 8 xalla 1-ci, Azərbaycan 6 xalla 2-ci, Farer adaları 4 xalla 3-cü pillədə qərarlaşıb. Malta isə 2 xalla qrupda sonuncu yeri tutur və növbəti mərhələ şanslarını itirib.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti